-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Rusiyanın ən güclü tankı ekipajsız rejimdə olacaq

Rusiyanın bu tankı heyətsiz idarə oluna biləcək.

01:39:52 | 2020-07-05

T-14 "Armata" tankları pilotsuz rejimdə sınaqdan keçirilib.

GancaPost.info xəbər verir ki, bu barədə Sputnik agentliyinə Rusiya hərbi sənaye sektorundan bildirilib.

Qeyd edək ki, aprel ayında Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov 2021-ci ildə T-14 “Armata” tanklarının kütləvi istehsalına başlanılacağını bildirmişdi.

Xatırladaq ki, Suriyada Rusiyanın əməliyyatlar keçirdiyi vaxt T-14 "Armata" tankı, radio-elektron mübarizə sistemləri və digərləri döyüş şəraitində sınaqdan uğurla keçib. Misir, Hindistan, Çin və digər ölkələrlə danışıqlardan sonra Moskva T-14 "Armata" üçün ilkin sifarişləri alıb.


ETİKET :  

Daha Çox