Rusiyalı deputat: Gürcüstan məhsullarını boykot etməyə çağırıram

DÜNYA
22 İyun 2019, 12:01
107
Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclik Məsələləri üzrə Komitəsinin rəhbəri Mixail Degtyarev Gürcüstanın bütün kurort mərkəzlərini və məhsullarını boykot etməyə çağırıb.
Bu barədə Ria Novosti məlumat yayıb.
"Gürcüstanın bütün istirahət mərkəzlərini və məhsullarını boykot etməyə çağırıram. Anti-rus yönlü dalğadan sonra bu ən düzgün qərardır", deyə M.Degtyarev özünün Telegram kanalında bildirib.
O həmçinin əlavə edib ki, Gürcüstan bundan sonra turistləri ABŞ və Avropa Birliyindən gözləsinlər və borjomini isə Avropa bazarına satsınlar.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay