Rusiya və Belarus birləşəcəkmi?

Rusiyada nüfuzlu Kommersant qəzeti iddia edir ki, Rusiya və Belarusun iqtisadi inteqrasiyasına dair proqramla tanış ola bilib.

Qəzetin yazdığına görə söhbət iki ölkənin baş nazirləri arasında sentyabrın 6-da razılaşdırılmış plandan gedir.

Məqalədə deyilir ki, bu proqramda faktiki olaraq 2022-ci ilədək konfederativ dövlətin yaradılmasından bəhs olunur.

Bu proqram rəsmi qaydada dərc edilməyib və ona nə Rusiya, nə Belarus tərəfi şərh verib.

Kommersant yazır ki, hələlik yalnız hökumət başçıları arasında razılaşdırılmış sənəd (prezidentlər bu proqramı dekabrda müzakirə etməlidirlər) "kifayət qədər radikaldır", amma burada "konkretlik azdır".

Məqalədə deyilir ki, 2019-cu ilin 1 noyabrınadək tərəflər iki ölkənin iqtisadiyyatlarının birləşdirilməsinin "yol xəritəsini" təqdim etməlidirlər.

Bundan sonra 2020-ci ilin sonuna doğru bu inteqrasiyanın hüquqi sənədləri hazırlanmalıdır.

Nazirliklərin "birləşmiş rejimdə" işləməsinə 2021-ci ilin yanvarından başlanmalıdır.

Bu proqrama əsasən Belarus və Rusiyanın vergi sistemləri birləşdiriləcək.

Kommersant yazır ki, gömrük sistemlərinin faktiki olaraq tam birləşdirilməsindən söhbət gedir.

Bundan başqa sözü gedən planda neft, qaz, neft emalı məhsulları və elektrik enerjisi sahəsində vahid siyasətin yürüdülməsi nəzərdə tutulur.

Sənəddə xalq təsərrüfatı sahələrinin interqrasiyasından geniş söhbət açılır.

Məsələn 2020-ci ilin 1 iyunundan rouminq ödənişlərinin ləğvi nəzərdə tutulub.

Lakin Kommersant yazır ki, bütün bunlara baxmayaraq 2022-ci ilədək vahid dövlətin təşəkkül tapacağını demək olmaz.

Üstəlik məqalədə deyilir ki, bu, ümumiyyətlə mümkün olmaya bilər.

Sənəddə silahlı qüvvələrin birləşdirilməsindən, vahid polis sistemindən və xarici siyasətdən ümumiyyətlə söz açılmır.

Belarus prezidenti Aleksandr Lukashenka-nın mətbuat katibi Nataliya Eysmont Kommersantda dərc edilmiş sənədə şərh verib.

O deyib ki, bu Kommersant-ın işlətdiyi dəbdəbəli "konfederasiya", "federasiya" kimi terminlər jurnalistlərin "ştamplarından" başqa bir şey deyil, çünki inteqrasiya prosesinin əsasında Rusiya və Belarusun suverenliyini dayanacaq:

"Bu müqəddəs məsələdir! Hər bir ölkənin müstəqillik və suverenlyi qırmızı xətlərdir. İnteqrasiya proseslərində biz iqtisadi baxımdan sərfəli olan addımları atırıq. Heç bir vahid orqan yaradılmayacaq. Ölkələr buna hazır deyillər".

Bu arada belaruslar Rusiya ilə İttifaq Dövləti yaradılmasına dair müqavilənin ləğvini tələb edən petisiya hazırlayıb. Petisiya artıq minlərlə insan tərəfindən imzalanıb. (AzadlıqRadiosu)

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR