-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Rusiya Qarabağ münaqişəsini saxlamağa can atır”

ABŞ dövlət katibi köməkçisinin müavini: "Rusiya Qarabağ münaqişəsinin qalmasına cəhd göstərir"

05:23:32 | 2021-04-09

Diplomatın fikrincə, “indi əsas təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinə elə yanaşmaqdan ibarətdir, hər iki ölkəyə yekun statusu razılaşdırmaq imkanı yaransın”

"Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməyə deyil, onu saxlamağa can ata bilər".

AzadlıqRadiosu xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kent “Türk İrsi” təşkilatının keçirdiyi vebinarda bildirib.

“Rusiya sülhməramlıları Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalacağı halda Azərbaycan hakimiyyətinin bundan narazılığının artacağını gözləyirəm”, - o vurğulayıb.

O, Bakı və Yerevan bu məsələdə maraqlı olarsa, ABŞ-ın Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazır olduğunu söyləyib: "Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlamaya və Minsk Qrupu həmsədrləri prosesinin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolunu tapmağa kömək etməyə o qədər hazır olar".

“Rusiyanın məqsədi daha bir açıq məsələ olaraq qalır”, - deyən Kent əlavə edib ki, Rusiya atəşkəsi Minsk qrupu həmsədrləri mexanizmi vasitəsilə razılaşdırmağı seçmədi, “üçtərəfli formatda birbaşa vasitəçilik etdi”.

Diplomatın fikrincə, “indi əsas təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinə elə yanaşmaqdan ibarətdir, hər iki ölkəyə yekun statusu razılaşdırmaq imkanı yaransın”.

“Azərbaycan müharibənin qalibi kimi qəbul oluna bilər, amma bu, böhranın həllinə aparmayacaq, Ermənistan dörddə bir əsr öncə birinci müharibəni udanda da belə idi”, – Kent deyib.

Kent Gürcüstan Xarici işlər nazirinin müavinlərindən birinə istinadla deyir ki, Qarabağdakı durum Gürcüstanın 1998-ci ildəki vəziyyətinə bənzəyir. “Sonra Azərbaycan bizim 2008-ci ildəki vəziyyətimizə düşəcək. Ondan sonra isə Gürcüstanın indiki vəziyyətində olacaq”, – adı çəkilməyən nazir müavini ötən ilin noyabrında deyibmiş.

2008-ci ildə Rusiya Gürcüstanla bir neçə günlük müharibə nəticəsində separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıdı.

“Bu, çox bədbin yanaşmadır, amma ola bilsin, Rusiyanın Qarabağ münaqişəsi ilə öz mənafeyi naminə necə manipulyasiya etməsinə verilən real qiymətdir”, – o vurğulayıb.

Kent eyni zamanda ABŞ-ın Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib.


ETİKET :  

Daha Çox