-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Rusiya Qarabağ döyüşlərində Ermənistana ən müasir silahlar verib

Rusiya Qarabağ döyüşləri sırasında Ermənistana ən müasir silahlar verib

01:13:41 | 2020-11-20

Ermənistanın keçmiş Baş Qərargah rəisi, general Movses Akopyan Qarabağ döyüşləri ilə bağlı açıqlamalar verib.

Ermənistan KİV-ləri xəbər verir ki, o, müharibə sırasında Rusiyanın rəsmi Yerevana ən müasir silahlar verdiyini etiraf edib.

“Bütün silah daşınmaları gizli həyata keçirilir. Heç bir ölkə müharibə zamanı ərazisindən sizə silah daşınmasına icazə verməz. Müdafiə naziri bunun anlayaraq, bütün silahları öncədən yerli anbalara qoymalı idi. O isə bunu anlamırdı.

Bizə silah tədarükü rusiyalı dostlarımız tərəfindən həyata keçirilirdi. Sentyabrın 30-na qədər baş nazir Paşinyan Putinə zəng etməyə və hərbi yardım istəməyi də ağıl etməyib. Amma Rusiya öz müttəfiqlik funksiyasını yerinə yetirirdi. Biz müharibə dövründə xəyallarımıza gətirmədiyimiz silahları da Rusiyadan aldıq. Bu bizə müharibənin son günləri düşmənin pilotsuz təyyarələrinə qarşı mübarizə aparmaqda çox kömək etdi” - deyə Akopyan növbəti şok etiraf edib.

Nazir türk “Bayraktar”larını 4 gün müddətində neytrallaşdıra bildiklərini əlavə edib. “Ən müasir “Pole 21” sistemləri hesabına “Bayraktar”ların qarşısını müvəqqəti aldıq. Amma sonradan azərbaycanlılar pilotsuz aparatlarda dəyişiklik edərək, “Bayraktar”dan yenə bizə qarşı uğurla istifadə etməyə başladılar”.

Onun sözlərinə görə, Rusiya bu münaqişədə özünü Ermənistana əsl dost dövlət kimi aparıb, baxmayaraq ki, Ermənistan rəhbərliyi özünü çox da layiqli şəkildə aparmayıb.

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə Ermənistana qanunsuz silah göndərildiyini bəyan edib, açıq şəkildə Rusiyanı münaqişədə Ermənistana birtərəfli dəstək göstərməkdə ittiham edib. Xüsusən, o bildirib ki, Rusiyadan Ermənistana onlarla aviareys həyata keçirilib, bu reyslərlə Ermənistana yüz tonlarla müxtəlif silahlar göndərilib.

RF prezidenti Vladimir Putin özü də noyabrın 17-də Rusiya televiziyasına müsahibəsində müharibə günləri Ermənistana hərbi dəstək göstərildiyini etiraf edib.

Onun sözlərinə görə, müharibə dövründə Rusiya Ermənistanla hərbi və hərbi-texniki əməkdaşlıq çərçivəsindəki öhdəliklərini tam şəkildə yerinə yetirib.

Akopyan həmçinin Ermənistanın Müdafiə Nazirliyinin informasiya mərkəzini cəbhədəki vəziyyətlə bağlı yalan məlumat yaymaqda ittiham edib. Müharibənin getdiyi 44 gün ərzində yalan məlumat yayılıb, bu da ölkəni dərin böhrana gətirdiyini etiraf edib. İnformasiya mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Amma yalan 30%-i keçməməlidir. Ermənistanda yalan 100% idi, deyə o bildirib.


ETİKET :  

Daha Çox