-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Rusiya Gürcüstandakı siyasi partiyanı maliyyələşdirir?

Rusiya Gürcüstandakı siyasi partiyanı maliyyələşdirir?

01:41:32 | 2020-08-31

"Gürcüstanda 2020-ci il seçkiləri üçün, rəsmi Kreml Vətənpərvərlər Alyansı partiyasına birbaşa yardım edir"

GancaPost.info saytı Gürcüstanın 24news.ge saytına istinadən xəbər verir ki, bu barədə müvafiq sənədləri "Dossier" təşkilatı yayımlayıb. Təşkilatın iddialarına görə, "Vətənpərvərlər Alyansı" partiyası Rusiyanın xüsusi nümayəndəlikləri ilə birbaşa əlaqəlidir. Bundan əlavə, partiyanın seçki kampaniyası üçün ehtiyac duyulan maliyyə büdcəsi barəsində Rusiya tərəfinə məlumat verildiyi bildirilir. "Vətənpərvərlər Alyansı" partiyasının liderlərindən olan, İrma İnaşvili isə partiya haqqında səsləndirilən iddiaları təkzib edib.

Qeyd edək ki, yayılmış xəbərlərlə əlaqədar "Avropalı Gürcüstan" partiyasının deputatı, Elene Xoştaria Gürcüstanın Baş Prokurorluğuna məsələ ilə bağlı istintaqın başladılması tələbi ilə ərizə təqdim edib.

Xatırladaq ki, bu yaxınlarda Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasının liderlərindən olan, Gürcüstan Parlamentinin üzvü, İrma İnaşvili Abxaziya bölgəsinə səfər edib. Deputat sözügedən səfərdə çəkilmiş fotoları sosial şəbəkə hesabında yayımlayıb, ancaq görüşün nüansları barəsində məlumat verməyib. İ.İnaşvilinin Abxaziyanın de-fakto prezidentinin köməkçisi ilə görüş keçirdiyi yayılan xəbərlər arasındadır. Qondarma rejim nümayəndəsi Laşa Sağania isə bildirib ki, "Vətənpərvərlər Alyansı" partiyasının liderləri ilə görüşlər qeyri-rəsmi formada baş tutub.


ETİKET :  

Daha Çox