-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Rusiya elektrik avtomobili istehsalına başlayır

Rusiya bu ilin sonundan etibarən elektrik avtomobillərinin istehsalına başlayacaq.

00:47:42 | 2020-08-04

“TASS” xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət naziri Denis Manturov məlumat verib. O bildirib ki, layihənin həyata keçməsi üçün 100 milyon rubl (2 milyon 305 min) lazımdır: “Ümid edirəm ki, avqustun sonunda lazım olan məbləğ ayrılacaq və bütün sənədləşmə işləri tamamlanacaq. İl sonundan etibarən isə elektrik avtomobillərinin istehsalına başlanılacaq”.
Qeyd edək ki, “Zetta” elektrik avtomobillərinin batareya xaricində bütün hissələri Rusiyanın Tolyatti şəhərində hazırlanacaq. Avtomobilin batareyası isə Çindən gətiriləcək. İlkin məlumatlara görə, elektrik avtomobilinin qiyməti 450 min rubldan (10 min 300 manat) başlayacaq.


ETİKET :  

Daha Çox