-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Rus dili Qarabağda “rəsmi dil” elan olundu

Rus dili Qarabağda “rəsmi dil” elan olundu

00:41:11 | 2021-03-26

Qondarma Dağlıq Qarabağ parlamentinin 27 deputatı martın 25-də rus dilinin ikinci rəsmi dil kimi tanınmasına səs verib. “Dövlət statusu yalnız erməni dilində qalır”, - qanun layihəsinin müəlliflərindən biri qeyd edib.

“Dil haqqında” qanuna dəyişikliklər layihəsi deputatların təşəbbüsü ilə təqdim edilib. “Erməni dili bundan belə də Dağlıq Qarabağın yeganə dövlət dili olacaq. Rus dilinə, erməni dili ilə yanaşı, rəsmi dil statusu verilir”, - “Armenpress” informasiya agentliyi xəbər verib.

Qanun layihəsinin qəbul olunmasının lehinə 27 deputat səs verib, iki deputat bitərəf qalıb, daha ikisi parlament iclasında iştirak etməyib. DQR-də dövlət dili təkcə erməni dilidir, qanun layihəsinin müəlliflərindən biri Aram Arutyunyan qeyd edib. “Ölkə konstitusiyası diktə edir - erməni dili doğma dil olub, olacaq da”, – “Sputnik-Ermənistan” ondan sitat gətirib.

Rəsmi sənədləşdirmə əvvəlki tək yalnız ədəbi erməni dilində və təkcə zəruri hallarda həmçinin rus dilində aparılacaq. “Əgər dövlət orqanlarına rusdilli adamdan rus dilində məktub gələrsə, ona elə rus dilində cavab yazmağa icazə verilir. Eyni şey ictimai həyatın digər təzahürlərinə də aiddir. Lakin konkret halda rus dilindən istifadəyə ehtiyac yoxdursa, o zaman erməni dilindən istifadə etmək lazımdır. Və sözsüz ki, erməni dili yeganə dövlət dili olaraq qalır”, - Aram Arutyunyan fevralın 21-i “Kavkazski uzel”in müxbirinə deyib.


ETİKET :  

Daha Çox