-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ruhi valideynlərini itirən Xədicəni övladlığa götürmək istəyir

Ruhi valideynlərini itirən Xədicəni övladlığa götürmək istəyir

20:48:11 | 2020-11-07

“Səsimə səs verin, Xədicəni bu dəhşətdən xilas edək...Xədicə nəzir qutusu deyil, olmamalıdır! Xədicəni xilas etmək hamımızın borcudur!"

Bu sözləri biznes-ledi Ruhi Əliyeva erməni terroru nəticəsində valideyinlərini itirən balaca Xədicə haqda deyib.

Sosial şəbəkə hesabında bu barədə yazan Ruhi Əliyeva onu övladlığa götürmək istədiyini deyib:

"Gül üzlü Xədicəmiz. Oktyabrın 17-də gecə saatlarında Gəncəyə işğalçı Ermənistanın raket atması nəticəsində valideynlərini və böyük bacısını itirən mələküzlü Xədicədir məlum videoda izlədiyiniz. Dəhşətdir, faciədir, hazırda keçirdiyim hiss və həyəcanı çatdırmaqda belə, çətinlik çəkirəm. Bu necə davranışdır körpəylə?! Xədicə zatən ciddi travma alıb. Xədicənin hadisəsini eşidəndən onu övladlığa götürmək və doğma qızım kimi böyütmək istəyimi bildirdim. Cavab aldım ki, Xədicəyə hansısa qohumu yiyə çıxıb. Budurmu yiyə çıxmaq?! Budurmu bütün ailəsini bir gecədə itirib tək qalmış övladı ağuşuna alıb, onun yaralarını sarmaq?! Aiddiyyatı dövlət orqanlarına müraciət edərək bildirirəm ki, Xədicəni övladlığa götürmək və öz balam kimi böyütmək istəyirəm!”


ETİKET :  

Daha Çox