-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Real Cümhuriyyətçilər İttifaqı” yaradıldı

ReAl seçkilərə müstəqil namizədlərlə birgə blok şəklində gedir

01:41:54 | 2019-12-12

Respublikaçı Alternativ Partiyası (REAL) fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində seçki bloku şəklində iştirak edəcək.

GancaPost saytı xəbər verir ki, bu barədə mətbuat konfransında partiyanın lideri İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, blok "Real Cümhuriyyətçilər İttifaqı" adlanacaq. Bloka partiya üzvləri, eləcə də müstəqil namizədlər daxil olacaq.

"Milli Məclisə seçildiyimiz təqdirdə eyniadlı blok şəklində fəaliyyət göstərəcəyik" - deyə İ.Məmmədov bildirib.

O qeyd edib ki, bloka onların mövqeyini dəstəkləyən başqa qurumlar da daxil ola bilər. "Müraciət olunsa, məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək", deyə Məmmədov bildirib.

O, bu müstəqil namizədlərdən ikisini - həkim Vasif İsmayılı və XİN və BP şirkətinin keçmiş əməkdaşı Elçin Haqverdiyevi təqdim edib.

Məmmədovun sözlərinə görə, tezliklə seçkiqabağı koalisiya üzvlərinin yeni adları açıqlanacaq. Ümumilikdə Real partiyasından seçkilərdə 42 namizəd iştirak edəcək.

Məmmədov seçkiqabağı kampaniya zamanı digər siyasi partiyalarla əməkdaşlığı istisna etməyib.


ETİKET :  

Daha Çox