-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Rayonların sayı azaldılmalıdır” - Deputatdan təklif

“Rayonların sayı azaldılmalıdır” - Deputatdan təklif

13:14:10 | 2020-05-16

Respublikaçı Alternativ Partiyasının (REAL) üzvü, deputat Erkin Qədirli Azərbaycanda rayonların sayının azadılmasını təklif edib.

GancaPost.info xəbər verir ki, deputatın fikrincə, kadr dəyişikliklərindən əvvəl “inzibati-ərazi vahidləri islahatı” aparılmalıdır.

“Bizdə icra, özəlliklə də yerli İcra Hakimiyyəti düzgün qurulmayıb. Ona görə də kadr islahatı alınmır və alınmayacaq. Ölkəmizdə 80 rayon vardır (66 bölgə + 12 Bakı + 2 Gəncə). Bu, 80 İcra başçısı, 80 Prokuror, 80 Polis rəisi, 80..., 80... və s. deməkdir. Bu sayda həm bilikli, həm bacarıqlı, həm də vicdanlı adam tapmaq, üstəlik, onları düzgün çalışdırmaq olmayacaq. Ayrıca, hər kəsin üzərində düzgün nəzarət qurmaq alınmayacaq. Çıxış yolu - kadr islahatından öncə inzibati-ərazi vahidləri islahatı olmalı, rayonların sayı azaldılmalıdır.

Daha sonra, yerli İcra Hakimiyyətinin təşkilində legitimlik problemi vardır. Bələdiyyələrin səlahiyyətləri qanunla müəyyən olunduğu bir halda, yerli İcra başçılarının səlahiyyətlərini Prezident müəyyən edir. Bu, sistem problemini dərinləşdirir, çünki yerli hakimiyyətin belə quruluşunda bələdiyyələr heç zaman güclənə bilməyəcəklər. Bələdiyyələrin güclü ola bilmədiyi yerdə isə, yerli İcra Hakimiyyəti səmərəli ola bilməyəcək”, - deyə Erkin Qədirli bildirib.


ETİKET :  

Daha Çox