Rəsulzadə, Xoyski və Yusifbəylinin heykəli qoyulsun - Deputat

Deputat Aydın Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu dəyərləndirərək paytaxt prospektlərinin birinin adının "Cümhuriyyət" prospekti adlandırılmasını təklif edib.

GancaPost xəbər verir ki, deputat eyni zamanda Cümhuriyyət Liderlərinə abidə ucaldılmasını da təklif edib:

"Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi rolunun qiymətlədirilməsi üçün iki təklif irəli sürürəm:

1. Bakı şəhərində bir "Cümhuriyyət" prospekti olsun.

Ya mövcud prospektlərdən birinin adının dəyişdirilərək "Cümhuriyyət" prospekti adlandırmaq, ya da hansısa yeni bir prospekti bu adla adlandırmaq olardı.

"Cümhuriyyət" prospekti o şanlı tarixi bir daha hər birimizin yadına salar, o tarixə yüksək hörmətimizi bir daha göstərərdi.

2. Bakı şəhərində Cümhuriyyət rəhbərlərinin heykəl kompleksinin qurulmasını təklif edirəm. Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Xosrov bəy Sultanov və digərlərinin heykəl kompleksinin şəhərin mərkəzində ucaldılması Xalq Cümhuriyyətinin tarixinə bizim yüksək hörmətimizi bir daha nümayiş etdirmiş olardı", - deyə deputat qeyd edib.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR