-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Rəsulzadənin büstü necə qoyulub? - TARİX

Gəncədə Baqramyanın heykəlinin yerinə Rəsulzadənin büstü qoyulub.

15:48:35 | 2019-10-16

GancaPost saytı xəbər verir ki, 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Məhəmməd Əmin Rəsulzadənin büstü məhz Gəncədə ucaldılıb və büstün müəllifi gəncəli heykəltaraş Cəmaləddin Rüstəmov olub.

Gəncəli heykəltaraş Cəmaləddin Rüstəmov bu tarixi hadisə ilə bağlı xatirəsini bölüşüb:

“1990-cı ildə Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məmməd Əmin Rəsulzadənin ilk dəfə olaraq büstünün hazırlanması böyük bir məsuliyyət demək idi. Məlum hadisələrdən və qanlı 20 yanvar faciəsindən sonra mənfur erməni generalı İvan Baqramyanın Dəmiryolu vağzalının parkında heykəli vardı. Qərara gəldik ki, onu dağıdaq. Və belə də oldu. Sonradan həmin yerdə Məmməd Əmin Rəsulzadənin büstünün qoyulmasına qərar verildi. O illərdə təsəvvür edin ki, Məmməd Əmin Rəsulzadənin şəklini belə tapa bilmirdik. 1990-cı ilin noyabr, dekabr ayları idi. Hansısa bir qəzetdən balaca bir ölçüdə Rəsulzadənin şəklini tapa bildik. Həmin şəklin əsasında mən eskiz etdim. Bəyənildi. Mən, heykəltəraş Asəf Həsənov və Qurban Qurbanov bu büstü hazırlamalı olduq. Sonra o dövrlərdə bir qədər maliyyə problemləri ilə üzləşsək də ancaq 1991-ci ilin aprel ayında büstün açılmasına nail ola bildik. Və bu tarixi hadisəni həyata keçirmək məhz mənə qismət oldu” - deyə gəncəli heykəltəraş Cəmaləddin Rüstəmov qeyd edir.


ETİKET :  

Daha Çox