-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Quşqara kəndində 70-dən çox ev illərdir qazsız qalıb

Göygöl rayon Quşqara kəndində 70-dən çox ev illərdir qazsız qalıb.

03:21:55 | 2021-02-08

Gəncə-Şəmkir yolunun kənarında yerləşən Göygöl rayonunun Quşqara kəndi. Sakinlər illərdir soyuq qış aylarında odun yanacağı ilə qızınırlar.

Kənd sakini İlham Aslanov bildirir ki, həyətdəki bütün meyvə ağaclarını kəsib yandırmışıq. Məcbur olub soyuqdan donmamaq üçün meyvə ağaclarını kəsirik. Özü də kəndimiz Gəncənin düz yanındadır. Magistral yolun düz kənarında. Hər tərəfimizdə qaz var, bir dənə bizim massivdə yoxdur.

Kənd sakini Adil Quliyev deyir ki, yaxınlıqda təxminən 500 metr aralıda qaz yanır. Neçə illərdir hər yerə müraciət edirik. Elə deyirlər bu il çəkiləcək. Ancaq hələ də heç bir nəticəsi yoxdur.

Digər kənd sakini Məhəbbət Mürsəlova isə bildirir ki, dəfələrlə şikayətdə də etmişik. Hara getmişik bizim işimizə baxan yoxdur.

Quşqara kəndnin sakinlərini əsas narahat edən isə 7 il əvvəl kəndin yarımçıq qazlaşdırılmasıdır. Sakinlər idddia edir ki, rəsmi sənədlərdə kənddəki bütün evlərin mavi yanacaqla təchiz olunduğu göstərilsə də bu həqiqəti əks etdirmir.

Kənd sakini Elnur İsmayılov deyir ki, şikayət etdikdə bizə Gəncə Regional Qaz İstismar İdarəsindən dedilər ki, 22 min manat pul ödəyin evlər qazlaşdırılsın.

Məsələ ilə bağlı Quşqara kənd İcra nümayəndəsi Qubar Əliyev də sakinlərlə həmfikirdir. Onun sözlərinə görə, mövcud vəziyyətlə bağlı İcra Hakimiyyətinə və dəfələrlə “Azəriqaz”a müraciət olunsa da müsbət nəticə yoxdur.

Gəncə Regional Qaz İstismar İdarəsindən isə deyirlər ki, kəndin tam qazlaşdırılması dövlət proqramına salınıb. Sakinlər ya dövlət proqramının icrasını gözləməli, ya da şəxsi vəsaistləri hesabına evlərinə qaz çəkdirməlidirlər.

Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Bayramov isə KəpəzTV-yə bildirib ki, mövcud qanunvericiləyə uyğun olaraq həmin vəsait qazlaşdırma üçün ayrıldıqdan sonra ərazinin dövlət hesabına qazlaşacaq. Vətəndaş öz mənzilini qazlaşdırmaq istəyirsə yerli Asan Xidmətə müraciət edib texniki şərt alır və texniki şərtin əsasında da podratçı təşkilatlarla müqavilə bağlayaraq vəsaiti müvafiq bank hesablarına köçürdükdən sonra işlər başlanılır.

İllərdir şikayətçi olan Quşqaralılar isə Gəncə Regional Qaz İstismar İdarəsindən verilən bu açıqlama ilə razı deyillər. Vəsaitləri olsaydı bu günə kimi evlərinə qaz xəttinin çəkildiyini deyirlər. Dövlət proqramının isə nə vaxt icra olunacağı məlum deyil. Ümid edirik ki, aidiyyatı qurumlar məsələyə diqqətlə yanaşarlar.


ETİKET :  

Daha Çox