-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Quşqara kənd məktəbinin qarşısından keçən yol təhlükə saçır

Göygöl rayon Quşqara kənd məktəbinin qarşısından keçən yol təhlükə saçır.

01:48:24 | 2019-12-25

Göygöldə məktəbin qarşısından keçən yoldan avtomobillərin yüksək sürətlə hərəkət etməsi insanlar üçün təhlükə yaradır.

GancaPost saytı xəzərxəbər-ə istinadən məlumat verir ki, söhbət Göygöl rayonunun Quşqara kəndindən gedir. Ərazidən məktəblilərin keçidi üçün piyada keçidi nişanlarının olması da riski azaltmır.

Sözügedən yolda dəfələrlə piyadaların vurulması halları baş verib ki, bunların da əksəriyyəti ölümlə nəticələnib. Ölənlər arasında məktəbin şagirdləri və bir müəlliməsi də olub. Vəziyyətdən çıxış yolu kimi valideynlər hətta qismən böyük uşaqları da məktəbə özləri gətirir, onları yoldan keçirirlər. Ancaq elə böyüklər özləri də yolu ehtiyatla keçir.

Vəziyyətdən çıxış yolu axtaran valideynlər, kənd sakinləri bununla bağlı müxtəlif yerlərə müraciət ediblər.

Rayon rəhbərliyi problemlə yerində maraqlanıb və müvafiq tədbirin görülməsini vəd edib.

Yolda piyada keçidinin tikilməsi nəzərdə tutulur.


ETİKET :  

Daha Çox