-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə qrip əleyhinə peyvəndə başlanılıb

Qripə qarşı peyvənd poliklinikalarda pulsuz aparılır.

12:39:02 | 2020-11-05

Gəncədə mövsümi qrip əleyhinə peyvəndlərin vurulmasına başlanılıb. Bu məqsədlə şəhərə 5 min doza vaksin göndərilib. Peyvənd olunmaq istəyən ərazi üzrə poliklinikalara gedə bilər.

Vaksinlər bir il müddətinə orqanizmdə qrip virusuna qarşı müqavimət yaradır. Bir dozalıq olan vaksin şəffaf maye halındadır və soyuq zəncirə riayət olunmaqla şəhərin ərazi poliklinikalarında saxlanılır. Hər bir şəxs qeydiyyatında olduğu tibb müəsisəsinə müraciət edib peyvənd oluna bilər.

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva KəpəzTV-yə bildirib ki, digər peyvəndlərlədə uşaqlara vurula bilər. Qorxub çəkinmək olmaz. O biri peyvəndlər kimi bu peyvəndə də ola bilər ki, yüngül qızdırma olsun. Yalnız o şəxslərə vurulmuya bilər ki, xəstəliyin kəskin dövründə yəni onun hərarəti, öskürəyi varsa və yaxud da digər xəstəliyin kəskin dövründə saxlanılır. Sağaldıqdan sonra o vaksindən istifadə edilir.

İlkin olaraq xüsusi risk qrupuna aid tibb işçiləri, hamilə qadınlar, yüxarı tənəffüs yollarının xəstəliyi olan ahıl və uşaqlar peyvənd edilir. Bununla paralel olaraq 6 aydan yuxarı uşaqlar və böyüklər də prosesə cəlb edilə bilər.

Almaz Tomiyeva qeyd edir ki, COVİD 19 xəstəliyi ilə adi qrip "dostlaşıb" və daha ağır formada gedir. Biz vaksinimizlə qripdən yoluxma ehtimalını azaldarıq və elə insanlarda da müqavimət çoxalır, imuniteti artırır. Digər xəstəliyə qarşı yoluxma ehtimalı azaldır. Bilrikdə bu vaksindən istifadə edək, özümüzü adi qış qripindən qoruyaq. Respublikamıza vaksin çox gətirildiyi üçün Bakıdan da xüsusi göstəriş verilib ki, nə qədər insan istəyirsə vurula bilər. Peyvənd ehtiyatımız çox olduğun üçün hər bir əhali sahə poliknikasından asılı olmadan müraciət edə bilər.

Gəncədə 5 poliklinika və 3 uşaq xəstəxanasında bu məqsədlə peyvənd otaqları yaradılıb. Peyvəndi vuran hər bir tibb bacısı isə əvvəlcədən kurslarda iştirak edərək xüsusi sertifkatla təmin edilib.

Şəhər 3 saylı Poliklinikanın tibb bacısı Nəzirə Mustafayeva bildirib ki, poliknikaya günlük 100 doza verilibdir və keyfiyyətlidir. Böyüklər poliknikasına da yaxınlaşıb vurdura bilərlər. Bizdə hazırda 6 aylıq uşaqdan 18 yaşa kimi start verib başladıq. Valideynlərdən xahişimiz odur ki, poliknikalara yaxınlaşsınlar, peyvındləri vurdursunlar.

Mövsümi qrip əleyhinə edilən peyvənd pulsuz aparılır və istənilən şəxs peyvənd oluna bilər.


ETİKET :  

Daha Çox