-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə xəstəxanasında qazilərə qarşı laqeydlik - Xəstəxanadan AÇIQLAMA

Qazilər baxımsızlıqdan, rəsmilərin onlara qarşı laqeyd münasibətindən şikayətlənirlər - VİDEO

16:36:10 | 2021-02-26

Sosial şəbəkələrdə Gəncə şəhərindən bir qrup qazinin şikayətinin əks olunduğu video yayılıb. Abbas Səhhət adına xəstəxanada çəkildiyi deyilən videoda qazilər baxımsızlıqdan, rəsmilərin onlara qarşı laqeyd münasibətindən şikayətlənirlər. "Dərmanı da pulu ilə verirlər. Deyəndə də deyirlər ki, mənim üçün vuruşmamısan ki...", - deyə qazilər bildiriblər.

Məsələ ilə bağlı Gəncə şəhər Abbas Səhhət adına xəstəxanasının həkim-terapevti Nurlana Rüstəmova YeniAvaz-a açıqlamasında deyilənlərin yalan olduğunu bildirdi: “Elə şey ola bilməz. Müharibə vaxtı biz gecə-gündüz dayanmadan işləmişik. Qaziyə dərmanı satmaq olar? Ümumiyyətlə, heç kəsə dərmanı satmaq olmaz. Onların fərqli problemləri var, pensiya problemi var. Qazidirlər deyə hər kəs onlara qulaq asır, amma belə olmaz. Hər kəs onların başlarına fırlanır, qulluqlarında durur. Hazırda xəstəxanada nə qədər qazilər müalicə alır. Videoda olan qazilər də, Təbriz, Xəqani, Xəyyam hazırda burdadırlar. Yanlarında partlayış olub və partlayışın dalğası onları kənara atıb deyə çoxunda travma var. Bəzilərində hələ də qəlpə qalıb. Onlar bu gün deyirlər sizdən şikayətçiyik, bir saat sonra fikirlərindən daşınırlar. And olsun Allaha onlar üçün hər şey edirik. Onlar üçün canımızı qoymuşuq. Mənə deyirlər ki, biz kimlər üçün döyüşdük? Deyirəm biz də sizlərlə birlikdə döyüşdük. Siz ön cəbhədə idiz, biz arxa cəbhədə. Müharibə vaxtı mən həyat yoldaşımı itirdim. Başım xəstəxanaya o qədər qarışmışdı ki, evimdən xəbərim olmadı. Yoldaşımın xəstəliyindən xəbərim olmadı. Onlar da belə edəndə adamın az qala ürəyi partlasın. Mən hansı yola əl atım? Camaat çox aqressiv olub. Videoda danışan qadının məndə izahatı var. Qeyd edir ki, ev başıma uçur, mənə baxan yoxdur. Nə qədər ki, onların belə problemi var xəstəxanada onları həll etməyə çalışırlar”.

Qazilərin şikayəti ilə bağlı həmin videonu Sizə təqdim edirik:



ETİKET :  

Daha Çox