-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Qarabağda anti-terror əməliyyatı labüddür”

"Azərbaycanın qüvvədə olan qanunvericiliyinə görə, Dağlıq Qarabağda antiterror əməliyyatı aparmaq hüququ var"

03:36:01 | 2020-06-11

“Ermənistanda və separatçı rejimdə daxili və xarici vəziyyət günü-gündən pisləşərək daha acınacaqlı vəziyyət halına düşdüyü üçün bizləri vadar edir ki, bundan gecikmədən istifadə edərək düşmənə hərtərəfli zərbələr endirək, onları bu böhranlı, daxili çəkişmələr vəziyyətindən çıxmağa imkan verməyək”.

GancaPost.info xəbər verir ki, bu sözləri Azərbaycan Tərəqqi Partiyasının sədr müavini Vilayət Həsənov bildirib.

O qeyd edib ki, pandemiyanı Paşinyan və hətta eks prezidentləri Ter-Petrosyan ölkə üçün müharibə vəziyyəti hesab edirlər və dövrü milli barışıq, həmrəylik, daxili çəkişmələrə son vermək üçün həyati əhəmiyyətli məsələ hesab edirlər: "Dünən isə əvvəllər Serj Sarkisyanla yaxşı münasibətləri olan, Paşinyanın rəqibinə üstün gəldiyini anladıqdan və havadarları tərəfindən təlimat aldıqdan sonra partiyası və deputat komandası ilə birlikdə Paşinyana hərtərəfli dəstək verən Çiçəklənən Ermənistan partiyasının lideri, hazırki erməni parlamentində 132 deputatdan 26-sı ilə təmsil olunan, rusiyayönümlü Qaçik Çarukyan hazırki hökumətə qarşı çox sərt bəyanatla çıxış edib. (Həmçinin İşıqlı Ermənistan Partiyasının 18 deputatla parlamentdə təmsil olunan rəhbəri qərbyönümlü Marukyan da Paşinyan iqtidarına qarşı sərt mübarizə aparır.) Q.Çarukyan həm də Ermənistanda milyonlara sahib nüfuzlu və xeyriyyəçi iş adamı kimi tanınır.

O, bəyanatında deyir ki, "hökumətə həm zaman, həm də imkan verildi ki, xalqın gözlənilən ümidini doğrultsun, verdikləri sözə əməl etsinlər və s. Amma onlar idarəetməyə, məsul vəzifələrə səriştəsiz, təcrübəsiz, heç bir sahəyə rəhbərlik etməyə təcrübəsi və bacarığı olmayanları gətirdilər. Mən bunu il ərzində dedim ki, xalq və dövlət sınaq meydanı deyil. İndi bu uçurum 97 faiz yox 100 faizdir, çünki bütün sahələr fiaskoya uğrayıb".

Həmçinin, Ter-Petrosyanın dövründə Ermənistanın baş naziri olan Qrant Baqratyan da bu yaxınlarda müsahibə verərək bildirmişdi ki, “Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim. Ölkə koronavirusa görə zəif vəziyyətdədir”.

Deməli, düşmən ölkədə daxili vəziyyət bizim xeyrimizə cərəyan edir. Xarici vəziyyətdə isə Paşinyanın eks prezident Koçaryanı və başqalarını həbsə atması, öz komanda üzvü MTX-nın rəhbəri olan Vanetsyanı vəzifədən uzaqlaşdırması (hansı ki, o da hazırda Paşinyana qarşı qatı müxalifət mövqedə duraraq yeni partiya yaradacağını bəyan edib) Rusiyanı qıcıqlandırmaya bilməz. Amma heç inandırıcı deyil ki, tarix boyu ermənilərin havadarı olan Rusiya Azərbaycana görə Ermənistanı əlindən buraxa! Olsa-olsa elə ermənilərin əli ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdırarlar. Azərbaycan isə bütün bu daxili və xarici fürsətlərdən ustalıqla yararlanıb öz ərazi bütövlüyünü təmin etməlidir".


ETİKET :  

Daha Çox