Putin keçmiş sovet vətəndaşlarına Rusiya pasportu paylayır?

GancaPost saytı AzadlıqRadiosu-na istinadən xəbər veriri ki, hüquqi sənədlər portalında dərc olunmuş qanun layihəsinə görə bundan sonra əcnəbilərdən Rusiya pasportunu almaları üçün öz ölkələrinin vətəndaşlığından çıxmaları tələb edilməyəcək.

Qanunda söhbətin Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşlarından getdiyi göstərilir.

Bu qanunla vaxtilə sovet vətəndaşlığı olan və hazırda keçmiş müttəfiq respublikalarda yaşayan şəxslər üçün Rusiya vətəndaşlığının alınması prosesi sadələşdirilir.

İndi onlardan vətəndaşlıq müraciəti etmələri üçün Rusiyada üç il yaşamaları və rəsmi gəlir mənbəyinin göstərilməsi tələb edilməyəcək.

Beləliklə, Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşları Rusiyada oturum hüquqları olduğu halda vətəndaşlıq üçün müraciət edə bilərlər.

Yeni qanuna görə Rusiya ali məktəblərinin məzunları da Rusiya vətəndaşlığı ala bilərlər. İndi onlar bunun üçün Rusiyada 3 il yox, bir il işləməli olacaqlar.

Rusiya vətəndaşları ilə nikahda olanlar üçün də Rusiya vətəndaşlığının alınması proseduru sadələşdirilir. Amma bu halda şəxsin Rusiyada yaşaması və Rusiya vətəndaşı ilə ortaq övladının olması kifayətdir.

Valideynlərindən biri Rusiya vətəndaşı olanlara da Rusiya vətəndaşlığı sadələşdirilmiş prosedurla veriləcək.

Qanun üç aydan sonra qüvvəyə minəcək.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR