-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Putin: Dünyada rus dilinə maraq artır

Putin rus dilinə ‘müharibə elan edənlərdən’ danışıb

00:08:23 | 2019-11-06

Rusiya prezidenti Vladimir Putin prezident yanında Rus Dili Şurasının iclasında rus dilinə “müharibə elan etmiş mağara rusofoblarından və marginallardan” danışıb:

"Biz bugün dünyada rus dilinin məkanının süni, vurğulayaraq deyirəm ki, kobud və bəzən əsassız şəkildə məhdudlaşdırılması, onun kənara sıxışdırılması cəhdləri ilə üzləşirik. Rus dilinə qarşı müharibəni müşahidə etdiyimiz kimi təkcə mağara rusofobları elan etməyiblər. Müxtəlif növlü marginallar, aqressiv millətçilər bu istiqamətdə çox səmərəli şəkildə işləyirlər. Təəssüf ki, müxtəlif ölkələrdə bu, rəsmi dövlət siyasətinə çevrilib”.

Rusiya prezidenti söhbətin konkret olaraq hansı ölkələrdən getdiyini deməyib, lakin son zamanlarda Ukrayna və Latviyada məktəblərdə rus dilinin tədrisinə qadağan qoyan qanunlar qəbul edilib.

Putin deyib ki, bütün bu cəhdlərə baxmayaraq, bütün dünyada rus dilinə maraq sıçrayışı baş verib.

"Rus dilinə maraq sıçrayışı var. “Bizə dərslik və müəllimlər verin” deyirlər. Bu təkcə respublikalardan yox, həm də uzaq xaricdən səslənir. Əlbəttə, müdafiə qabiliyyətimizin artması burada heç də az rol oynamayıb”.

Rusiya prezidenti əmin olduğunu bildirib ki, “rus dilinə maraq Rusiyada rifahın artması ilə paralel yüksələcək”.


ETİKET :  

Daha Çox