-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Pulsuz dərmanlar hansılardır?

Ölkəmizdə bir sıra kateqoriyalı xəstəliklərin daşıyıcısı olan şəxslər ödənişsiz dərman preparatları ala bilər. Bu hüquqla vətəndaşları bir sıra qanunlar təmin edir.

16:50:40 | 2019-03-19

Belə ki, “Əhalinin sağlamlığının qorunması” haqqında və “Əczaçılıq fəaliyyəti” haqqında Qanuna əsasən əhali dərman vasitələri ilə güzəştli qaydada və pulsuz formada təmin edilə bilər.

Ödənişsiz dərman vasitələrinin buraxılışı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun yerli idarə və müəssisələri tərəfindən müəyyən olunmuş aptek təşkilatlarından həyata keçirilir.

Səhiyyə Nazirliyinin müəyyən etdiyi Qaydalara əsasən əhaliyə ödənişsiz verilməsi nəzərdə tutulan dərman preparatları xüsusi müəyyənləşdirilmiş poliklinikaların tərkibində yerləşən apteklərdə saxlanılır.
Ödənişsiz dərman almaq hüququnu yaradan xəstəliklərin siyahısı poliklinikalarda baş həkimlərdə mövcud olur. Əgər siz həmin xəstəliklərdən hər hansı birininsə daşıyıcısı olsanız bu barədə sizə məlumat verilir. Məsələn, şəkərli diabet xəstələri, onkoloji xəstələr, xroniki böyrək çatışmazlığı olan xəstələri və.s.

Ümumiyyətlə ödənişi dövlət tərəfindən həyata keçirilən tibbi ləvazimatlar iki qrupa ayrılır:

• Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin dərman preparatları;

• İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatları və tibbi ləvazimatlar.

Həmin siyahılarla aşağıdakı linkdən tanış ola bilərsiniz:

• http://sehiyye.gov.az/imtiyazli-derman-preparatlar.html

• http://sehiyye.gov.az/stasionar_derman_siyahi.html

Poliklinikada olan siyahıda qeyd edilən xəstəlik daşıyıcısı şəxslər qeydiyyatda olduğu rayonun poliklinikalarına yaxınlaşaraq ödənişsiz dərman vasitələrini alacağı poliklinika barəsində məlumat ala bilərlər. Lakin bir istisna mövcuddur. Əgər siz ödənişsiz dərman vasitəsi almaq hüququnu yaradan xəstəlik daşıyıcısı olaraq özəl xəstəxanalarda xəstəlik qeydiyyatına alınırsınızsa bu zaman ödənişsiz dərman almaq hüququna malik olmursunuz. Çünki ödənişsiz dərman preparatları almaq ancaq Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi dövlət səhiyyə müəssisələrində həyata keçirilir.

Əgər siz ödənişsiz dərman vasitəsi almaq hüququnu yaradan xəstəlik daşıyıcısısınızsa və ödənişsiz dərman vasitələrini aldıqda müəyyənləşdirilən səhiyyə müəssisələrində sizə problem yaradılır və əlavə ödəniş tələb olunursa bu zaman hüququnuzu tələb etmək üçün Səhiyyə Nazirliyinin Qaynar Xətti ilə əlaqə saxlayıb şikayətlərinizi bildirə bilər və ya yazılı formada Nazirliyə müraciət edə bilərsiniz.

Səhiyyə Nazirliyinin Qaynar Xətt əlaqə nömrəsi: 9103

Benefisiar.org


ETİKET :  

Daha Çox