-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Azərbaycanda heç kim öz siyasi baxışlarına görə təqib edilməməlidir”

“Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır”

23:17:53 | 2020-05-01

GancaPost saytı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yeni Baş prokuror təyin edilən Kamran Əliyevi videoformatda qəbul edərkən söyləyib.

Ölkə başçısı qeyd edib ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bugünə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilməyib:

“Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə, hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”.


ETİKET :  

Daha Çox