-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Polis hansı hallarda məsuliyyətə cəlb oluna bilər?

Polis hansı hallarda məsuliyyətə cəlb oluna bilər?

14:27:01 | 2020-06-12

Hər bir dövlət orqanının əməkdaşı kimi, polis əməkdaşları da etdikləri hər bir hərəkət üçün məsuliyyət daşıyırlar. Burada əsas nöqtə edilən müdaxilənin əldə edilən nəticədə isə mütənasib olmasına diqqət yetirilməlidir. Bu mütənasiblik pozulduğu hallarda isə hərəkəti edən polis əməkdaşına qanunla inzibati tənbehlərin tətbiq edilməsi gözlənilir. Daha dəqiq desək aşağıdakı əsaslara görə polis əməkdaşları intizam məsuliyyətinə cəlb edilirlər;

• xidmət apararkən hüquqa zidd hərəkət etdikdə;

• xidmət və icra intizamını pozduqda;

• polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;

• “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquq pozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda).

Azərbaycan Respublikasının Polis haqqında qanununun 33-cü maddəsinə əsasən Polis əməkdaşına aşağıdakı inzibati tənbehlər tətbiq edilə bilər;

1) məzəmmət;

2) töhmət;

3) şiddətli töhmət;

4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;

5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə;

6) xüsusi rütbənin bir pillə aşağı salınması;

7) xidmətdən xaric edilmə.

Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

Benefisiar.org


ETİKET :  

Daha Çox