-- Adversting 9 --
-- Adversting 10 --

İkinci doza vaksin nə qədər müddət sonra vurulmalıdır?

Peyvəndin ikinci dozasını vurdurmayan şəxslərə möhlət verilir

15:37:15 | 2021-06-10

“Koronavirusa qarşı vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.

O bildirib ki, müəyyən səbəblər olubsa və həmin şəxs 28 gün ərzində peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür: “Əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır”.


ETİKET :  

Daha Çox