-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Pensiyaya çıxmaq istəyənlərin nəzərinə! - Nazirlikdən Açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan vətəndaşlarının pensiyaya çıxması üçün tələb edilən şərtləri açıqlayıb.

15:15:42 | 2019-10-28

GancaPost saytı xəbər verir ki, nazir müşaviri Mustafa Abbasbəylinin sadə şəkildə açıqladığı bu tələblər iş stajına, vətəndaşın pensiyaya çıxana qədər fərdi hesabına topladığı vəsaitə və digər məqamlara aiddir. Beləliklə…
Pensiya hüququ əldə etmə şərtləri:

1. Normal şərtlərdə - 25 il sığorta stajı topladıqda

2. Normal şərtlərdə - minimum pensiya kapitalı (28,800 m.) topladıqda (minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən etibarən bu məbləğ 36 min manata yüksəlib)

3. 1-ci qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda

4. 2 və 3-cü qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda və minimum pensiya kapitalı topladıqda

Başqa sözlə, kimsə maaş azlığından və ya hər hansı səbəbdən minimum pensiya kapitalını toplaya bilməyibsə, bu o demək deyil ki, o normal pensiyaya çıxa bilməyəcək. Bunun üçün 2-ci şərtə əməl etmək - 25 il əmək pensiyası toplamaq kifayətdir.

Staj tələbinə əməl edə bilməyənlər isə məbləğin çatışmayan hissəsini özlərindən əlavə edə bilərlər ki, pensiya kapitalı tələb olunan həddə çatsın.

1-ci və 2-ci şərtləri yerinə yetirə bilməyənlər isə əvəzinə yaşa görə müavinət alacaqlar hazırda məbləği 130 manatdır.

Pensiya əldə etmə növləri:

1. Pensiya yaşına çatdıqda (Kişilər 64,5 / Qadınlar 61,5 yaşında). Yeri gəlmişkən, 2027-ci ildən etibarən həm kişi, həm də qadınlar üçün pensiya yaşı 65 manata yüksələcək.

2. Şəxs əlil olduqda

3. Ailə başçısını itirdikdə (yəni, şəxs vəfat etdikdə onun pensiyasını onun əmək qabiliyyəti olmayan ailə üzvləri alır)

Güzəştli şərtlərlə pensiya hüququ əldə etmə şərtləri:

1. Xüsusi kateqoriyalı şəxslər (5-dən çox uşaqlı qadınlar, zərəli işdə işləyənlər, liliputlar və s.) - 5-20 il daha tez hüquq əldə edirlər

2. Hüquq mühafizə orqanlarında işləyənlər - müvafiq kateqoriya üzrə xüsusi staj (15-35 il) topladıqları vaxt hüquq əldə edirlər

Pensiya məbləğinin hesablanması qaydası

1. Normal şərtlərdə - şəxsin topladığı pensiya kapitalının 90%-i 144-ə bölünməklə alınan məbləğdə

2. Xüsusi şərtlərdə (dövlət qulluqçuları, hərbiçilər, hüquq mühafizə orqanları əməkdaşları, deputatlar, hakimlər və s.) - 2 ilin orta əməkhaqqı məbləğinin 50-80%-i miqdarında

Pensiya kapitalının toplanması qaydası

1. Şəxsin muzdlu işdən gəlirlərinin 25%-i miqdarında

2. Vəkillərin, sərbəst mühasiblərin və s. gəlirlərinin 10-15%-i miqdarında

3. Fərdi sahibkarlar minimum əməkhaqqının 10-25%-i miqdarında

4. Pay torpaq mülkiyyətçiləri hər hektara görə MƏH-nın 6%-i miqdarında

Nəticə və tövsiyyələr

1. Göründüyü kimi pensiya bir çoxlarının düşündüyü kimi sadəcə qocalıqla əlaqəli bir hüquq deyil. Pensiyaya istənilən yaşda ehtiyac yarana bilər.

2. Maaşlarınızdan ödənilən 25% məbləğ vergi kimi dövlətə əvəzsiz ödənilən bir rüsum deyil. Ödədiyiniz 25%-in 90%-i pensiya zamanı sizə geri ödəniləcək məbləğdir. Üstəlik sizin pensiya hüququnuz yarananadək həmin məbləğ hər il indeksasiya edilərək artırılacaqdır.

3. Başqa sözlə desək maaşlarınızdan ödənilən 25% məbləğ 3-15% illik gəlirliliyə (indeksasiya) malik və arxasında dövlət dayandığı üçün olduqca etibarlı bir investisiya alətidir.

4. Odur ki, sizdən asılıdırsa gəlirlərinizi tam məbləğdə rəsmiləşdirin, sizdən asılı deyilsə rəsmiləşdirilməsini tələb edin.

5. Ödədiyiniz 25%-i itki kimi deyil, əksinə özünüzün və ailənizin bir zəmanət fondu kimi hesab edin.

6. Zəmanət fondunuzda olan məbləği mütəmadi olaraq e-sosial.az portalından izləyin.

7. Mövcud olan pensiyaların azlığına da fikir verməyin. Bunun səbəbi yaşlı nəsilin zamanında kiçik əməkhaqları ilə çalışması və fərdi uçot sisteminin olmamasındadır. Hazırda isə fərdi uçot sistemi var və sizin pensiyanız sizin ödədiyiniz haqlardan asılı olacaq və kifayət qədər yüksək olacaq. (FED)


ETİKET :  

Daha Çox