-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Paşinyanın xain “Gəncə planı”nın arxası

İrəvanın dünyanı qarışdırmaq cəhdi - Paşinyanın “Gəncə planı”

01:01:45 | 2020-10-07

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində Qarabağda əhəmiyyətli dərəcədə geri çəkilən Ermənistan silahlı qüvvələri mülki vətəndaşları və münaqişə ocağına aid olmayan əraziləri hədəfə alıb.

GancaPost.info xəbər verir ki, Türkiyənin nüfuzlu nəşri “Hürriyyət” qəzeti Ermənistan silahlı qüvvələrinin xüsusilə Gəncəni hədəf seçməsinin pərdəarxası məqamlarına toxunub. “Ermənistanın işğalı altında olan Qarabağın çevrəsində yerləşən, 100 kilometr enində olan “Gəncə dəhlizi” Rusiya və İranla qonşu olan Azərbaycanı Qərb dünyasına bağlayan ən önəmli keçiddir. Adını sürəkli raket zərbələrinin hədəfi olan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən götürən “dəhliz” Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP və Bakı-Supsa qaz kəmərlərinin keçdiyi nöqtədir. Qərbi Avropanı Qafqaza fiber optik kabellər, Avropanı Çinə bağlayan E-60 quru yolu və Bakı-Tiflis-Qars dəmir yolu bu kritik bölgədən keçir. Qərb ölkələri Şərqlə ticarətində İran və Rusiyanı neytrallaşdırmaq üçün “Gəncə dəhlizi”ndən maksimum yararlanır”, - deyə “Paşinyanın “Gəncə planı” ifşa olundu” başlıqlı məqalədə deyilir.

Göründüyü kimi Ermənistanın mülki vətəndaşları və Qarabağdan kənarda yerləşən Azərbaycan ərazilərini hədəfə alması münaqişənin miqyasını böyütmək məqsədi daşıyır. Rəsmi İərvan “Gəncə dəhlizi”ni təhlükə altında saxlamaqla ən pis halda buradan yararlanan dünya güclərinin prosesə müdaxiləsinə nail olmaq, bütövlükdə Cənubi Qafqaz regionunu müharibə meydanına çevrimək, ən yaxşı halda isə dünya birliyinin Bakıya təzyiq etməsini şərtləndirməklə Azərbaycan Ordusunun əməliyyatlarının dayandırılmasına çalışır.


ETİKET :  

Daha Çox