-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

36 partiya gəlir və xərci barədə hesabat verdi - SİYAHI

Azərbaycanda 62 partiyadan 36-sı maliyyə hesabatını MSK-ya təqdim edib - SİYAHI

23:27:45 | 2021-03-31

Bu ilin əvvəlindən indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı açıqlanıb.

GancaPost.info xəbər verir ki, dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

2020-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyalar aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyası (YAP)       

2. Azərbaycan Mübarizləri Partiyası     

3. Azərbaycan Respublikaçılar Partiyası  

4. Azərbaycan Xalq Demokratik Partiyası

5. Sosial Ədalət Partiyası  

6. Azərbaycan Naminə Alyans Partiyası  

7. Azərbaycan Liberal Partiyası (ALP)

8. Milli Vəhdət Partiyası

9. Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

10. Demokratik İslahatlar Partiyası

11. Cümhuriyyət Xalq Partiyası (CXP)

12. Müsavat Partiyası

13. Azərbaycan Demokratik Maarifçilik Partiyası

14. Azərbaycan Tərəqqi Partiyası (ATP)

15. Milli Dirçəliş Hərəkatı Partiyası

16. Böyük Quruluş Partiyası

17. Azərbaycan Kommunist Partiyası     

18. Azərbaycan Təkamül Partiyası

19. Ədalət Partiyası

20. Milli Cəbhə Partiyası (MCP)

21. Birlik Partiyası

22. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

23. Azad Demokratlar Partiyası (AzDP)

24. Vəhdət Partiyası

25. Azərbaycan Xalq Partiyası

26. Yeni Zaman Partiyası   

27. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)     

28. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası    

29. Ana Vətən Partiyası  

30. Böyük Azərbaycan Partiyası   

31. Azərbaycan Ümid Partiyası    

32. Müstəqil Xalq Partiyası

33. Vətəndaş və İnkişaf Partiyası (VİP) 

34. Azərbaycan Milli Demokrat Partiyası 

35. Aydınlar Partiyası

36. Azərbaycan Azad Respublikaçılar Partiyası


ETİKET :  

Daha Çox