-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Övladının əlindən tut” layihəsinin açılışı baş tutub

“Övladının əlindən tut” layihəsinin açılış tədbiri baş tutub.

20:07:50 | 2020-11-11

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Türkan Məcidovanın “Övladının əlindən tut” layihəsi çərçivəsində açılış tədbiri uğurla həyata keçirilmişdir.

Layihənin rəhbəri Türkan Məcidovanın verdiyi məlumata görə, layihənin əsas məqsədi potensial psixoloji-mənəvi zorakılığa məruz qala biləcək şagirdlərin valideynləri üçün onların cəmiyyətə inteqrasiyası, düzgün tərbiyə və təhsillə bağlı dövlət siyasəti və qanunvericiliyini izah etməklə onların təhsil üçbucağında daha yaxından iştirakını təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün Daşkəsən şəhəri 2 saylı tam orta məktəbin direktoru ilə birgə onlayn formatda valideyn heyətindən ibarət hər qrupda 25 nəfər olmaqla ümumilikdə 125 nəfər valideynin iştirakı ilə 5 qrup yaradılacaq və hər qrup üçün ayrılıqda 1 günlük maarifləndirici seminarlar təşkil olunacaqdır.

Layihənin açılışında hər bir iştirakçıya çıxış üçün söz verilib. İştirakçılardan Daşkəsən şəhər Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimləri çıxış edərək layihənin vacibliyi, valideyn-müəllim əməkdaşlığının mütləq olmasını, təlimlə yanaşı tərbiyəyə diqqət yetirmək və cəmiyyətə faydalı, təhsilli şəxslərin yetişdirilməsinin vacibliyini qeyd ediblər.


ETİKET :  

Daha Çox