-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ötən il 21 min azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib

Ötən il 21 min azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib

01:17:09 | 2021-02-05

2020-ci ildə 656 300 əcnəbiyə Rusiya pasportu verilib.

GancaPost.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu rəqəm 2000-ci ildən bəri ən yüksək göstəricidir. Ötən il Rusiya vətəndaşlığı alanlardan 409,5 min nəfəri Ukrayna, 63,4 min nəfəri Tacikistan, 43,4 min nəfəri Qazaxıstan, 30,5 min nəfəri Ermənistan, 23,1 min nəfəri Özbəkistan və 21,6 min nəfəri Azərbaycan vətəndaşı olub.

Beləliklə, Azərbaycan vətəndaşları bu göstəriciyə görə 6-cı yerdədir.

2015-2020-ci illər ərzində Rusiya vətəndaşlığı alan əcnəbilər arasında 71,3 min Azərbaycan vətəndaşının da adı var.


ETİKET :  

Daha Çox