-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Oktyabrın 1-dən pensiyalar artırılır

"Oktyabrın 1-dən 750 min pensiyaçının pensiyası artırılacaq"

11:10:34 | 2019-08-01

“Bu il sosial inkişafla bağlı iki böyük sosial islahat paketi qəbul edilib. Bu sosial islahat paketləri – birinci paket 3 milyon insanımızı əhatə edib və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabərdir”.

GancaPost-un verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu sosial islahat paketi artıq tam şəkildə icra olunub və həm pensiyaçıların, həm də işləyən vətəndaşların əmək haqları artırılıb:

“İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əmək haqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb”.

S. Babayev qeyd edib ki, ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanı əhatə edəcək.


ETİKET :  

Daha Çox