-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Nizaminin keçmiş Polis rəisi yeni vəzifəyə təyinat alıb

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov bir sıra kadr dəyişikliyi edib.

15:07:48 | 2019-08-19

GancaPost-un məlumatına görə, nazirin əmri ilə Gəncənin Nizami rayon Polis İdarəsinin keçmiş rəisi, polis polkovniki Ədalət Sadıqov Şəmkir rayon Polis şöbəsinin Kür qəsəbə Polis Bölməsinin rəisi təyin edilib. Ədalət Sadıqov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin noyabrında təyin olunub. Bu ilin mart ayında sabiq nazir Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmrinə əsasən Göygöl rayonuna yeni rəis təyin edlib.

Nazirin əmri ilə rayon Polis şöbəsinin rəisi vəzifəsinə polis polkovniki Müqalib Abdiyev gətirilib.

M.Abdiyev Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə birinci müavin kimi çalışıb.


ETİKET :  

Daha Çox