Nizami rayon Polis İdarəsinə rəis təyin edilib

CƏMİYYƏT
04 Fevral 2021, 14:22
3713
Şabran rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polkovnik-leytenant Knyaz Həsənov vəzifəsindən azad edilib.
GancaPost.info-un məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazovun digər sərəncamı ilə Knyaz Həsənov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə rəis təyin edilib.
Knyaz Həsənov əvvəllər Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarında polis rəisinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bir müddət öncə Nizami rayonunun Polis rəisi Samir Həsənov Bakı şəhərindəki 8-ci Polis Bölməsinə rəis təyin edilmişdi.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay