-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Nizami rayon Polis İdarəsinə rəis təyin edildi

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

12:44:21 | 2019-08-20

GancaPost.com-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenatı Samir Həsənov təyinat alıb.

Samir Həsənov yeni təyinatadək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi olub.

Xatırladaq ki, bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi olmuş polis polkovniki Ədalət Sadıqov may ayında vəzifəsindən kənarlaşdırılaraq sərəncama verilmişdir. Ədalət Sadıqov bir müddət öncə Şəmkir rayon Polis Şöbəsinin Kür qəsəbə Polis Bölməsinin rəisi təyin olunub.


ETİKET :  

Daha Çox