-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Niyazi Bayramov sakinlərlə görüşərək problemləri ilə maraqlanıb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər gəzintisi zamanı sakinlərlə görüşüb.

17:28:41 | 2019-03-19

GencePost.com xəbər verir ki, sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri, dilə gətirilən problemlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib. Belə ki, şəhər sakini Tamella Əmirovanın vətəndaş qəbulunda qaldırdığı məsələnin dərhal və yerində araşdırılması üçün şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə komissiya yaradılıb. Niyazi Bayramovun rəhbərliyi ilə komissiya üzvləri Nizami rayonu, Atatürk prospekti, ikinci döngə ev 15-də olublar. Şikayətçinin sözlərinə görə vaxtı ilə ərazidə aparılan söküntü və yol düzləşdirilməsi səbəbilə buradakı evlər çökəkdə qalıb. Bunun da nəticəsində yağış suları evlərin həyətlərinə və mənzillərə dolur. Vətəndaş həmçinin ərazidəki antisanitar vəziyyətdən də şikayətçi olub. Ev və ətraf ərazidəki vəziyyətlə tanış olan şəhər rəhbəri, mövcud problemin dərhal aradan qaldırılması üçün tapşırıqlar verib. Göstərişə uuğun olaraq əraziyə xüsusi texnika və MKTİB-nin əməkdaşları cəlb olunublar.

Niyazi Bayramov daha sonra şəhər gəzintisinə çıxaraq sakinlərlə görüşüb. Gəzinti zamanı sakinlərin şikayət və təkliflərini dinləyən şəhər rəhbəri, dilə gətirilən problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.


ETİKET :  

Daha Çox