-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Niyazi Bayramov: Qəmbər Hüseynlinin məzarı köçürülməyəcək

Niyazi Bayramov: Qəmbər Hüseynlinin məzarı köçürülməyəcək

10:20:34 | 2020-07-28

Bir neçə gün öncə dahi bəstəkar Qəmbər Hüseynlinin Gəncədə Xan Bağının qarşısında yerləşən qəbirüstü heykəlinin yerləşdiyi ərazi hasara alınıb. Bu hadisədən narahatlıq keçirən Gəncə şəhər sakinləri Şəhər İcra hakimiyyətinin başcısı Niyazi Bayramova müraciət ünvanlayıblar. Müraciətdə bildirilib ki, onlar bəstəkarın məzarının ərazidən köçürüləcəyi və onun yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatdırlar.

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinlərinin narahatlığına son qoyaraq bildirib ki, görkəmli bəstəkarımız Qəmbər Hüseynlinin məzarı köçürülməyəcək və həmin ərazidə çoxmərtəbəli bina tikilməyəcək. Qəmbər Hüseynlinin məzarı öz yerində toxunulmaz şəkildə qalmaq şərtilə, məzarüstü abidəsi yenisi və dahi bəstəkarımıza daha layiq olanı ilə əvəzlənəcək.

Qeyd edək ki, dahi bəstəkar Qəmbər Hüseynli 1916-cı ildə Gəncədə anadan olub. Dünyanın 100-dən çox xalqının dilinə tərcümə edilən məşhur "Cücələrim" mahnısının müəllifidir.


ETİKET :  

Daha Çox