-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Nazirlik: Gəncə şəhər sakininə 420 manatlıq iş təklif etdik...

"Gəncə şəhər sakininə 420 manatlıq iş təklif etdik, 1000 manatlıq iş istədi" - Nazirlik rəsmisindən narazı şəxslə bağlı AÇIQLAMA

23:47:12 | 2019-08-01

Gəncə şəhər sakini, Pərviz Salahov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz edib. Şikayətçi Pərviz Salahov heç bir yerdə işləmədiyini bildirir. Və dəfələrlə işlə təmin olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini qeyd edir. Lakin, hələ də iş verilmədiyini vurğulayır. Pərviz Salahov Gəncə şəhər sakini olsada, Bakıda ailəsi və üç övladı ilə kirayədə yaşayır.

GancaPost xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov açıqlama verib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

"Bəzi sosial şəbəkələrdə yayılan video çəkilişdə Gəncə şəhər sakini, hazırda Bakının Səbail rayonunda yaşayan Salahov Pərviz Şükür oğlunun işlə təminatına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən köməklik göstərilmədiyi barədə söylədikləri əsassızdır. Belə ki, son vaxtlarda P.Salahovun işlə təmin olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qəbul otağına etdiyi müraciətə uyğun olaraq nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ona bir sıra iş yerləri, o cümlədən “McDonalds” MMC şirkətində aylıq 320 manat və paytaxtdakı yanacaqdoldurma məntəqələrindən birində (iş rejimi iki gündən bir olmaqla) aylıq 420 manat əmək haqqı olan iş yerləri təklif edilib. Lakin vətəndaş aylıq azı 800-1000 manat əmək haqqı olan iş yerində işləmək istədiyini bildirib və təklif olunan iş yerlərindən imtina edib.

Hazırda Dövlət Məşğulluq Xidmətinin vakansiya bazasında 800-1000 manat və daha yüksək əmək haqqı olan vakant iş yerləri olsa da, heç bir peşə və ixtisasa, konkret bir sahədə əmək təcrübəsinə malik olmayan P.Salahov həmin iş yerləri üzrə işəgötürənlərin tələblərinə cavab vermir.

30 iyul 2019-cu il tarixdə P.Salahov yenidən nazirliyin inzibati binasının qəbul otağına gələrək bu dəfə nazirlə görüşmək istədiyini bildirib. Ona ilk növbədə Dövlət Məşğulluq Xidmətinin rəisi və nazir müavini tərəfindən qəbul edilmək təklif edilib və o buna razı olsa da, qəbula gəlməyib.

Vətəndaşın guya nazirlə görüşməyin mümkün olmaması barədə qeyd etdikləri isə onun subyektiv fikridir. Təkcə bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən 450 vətəndaş fərdi qaydada qəbul edilib, nazir müavinləri və Aparat rəhbəri tərəfindən isə bu dövrdə 337 vətəndaşın qəbulu həyata keçirilib.

P.Salahovun başqa bir şəxslə, əvvəlcədən düşünülmüş şəkildə nazirliyin qəbul otağı qarşısına gələrək, burada onun ittihamedici videoyazısının təşkil edilməsi və yayılması, şübhəsiz ki, bu şəxsin işsizliyinin hansısa qrupun “maraq obyekti”nə düşdüyünü və bundan kimlərinsə öz məqsədləri üçün “istifadə etdiyini”, P.Salahovu narazı vətəndaş qismində “sosial şəbəkə qəhrəmanı”na çevirmək cəhdini açıq-aydın göstərir".


ETİKET :  

Daha Çox