-- Adversting 9 --
-- Adversting 10 --

Naqif Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədrliyindən getdi

Naqif Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədrliyindən getdi

15:26:59 | 2021-09-10

"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinci vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir".

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, o, YAP-ın Nəzarət komissiyasının üzvü seçilməyi səbəbindən YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.

"Yolumuza Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü olaraq davam edəcəyik", - deyə Həmzəyev bildirib.


ETİKET :  

Daha Çox