-- Adversting 9 --
-- Adversting 10 --

“My Wonderful Land” layihəsi uğurlu alınıb

“My Wonderful Land” layihəsi uğurlu alınıb.

18:08:46 | 2021-05-31

Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olaraq “eTwinning” pedaqoji işçilərlə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. İştirakçı ölkələrdən olan müəllimlər layihənin portalından istifadə edərək, Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsil layihələri icra etmək imkanı əldə edirlər. Ən vacib məqamlardan biri isə odur ki, azərbaycanlı şagirdlər də avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanırlar.

2020-ci ilin dekabr ayının 25-29 tarixində Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində "Layihə qurma və ortaq tapma" vebinarları keçirilib.

Vebinarda 40-dan çox azərbaycanlı və türk müəllimlər, həmçinin Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin İngilis dili müəllimi Aidə Elyazova, Türkiyənin Çankırı Nevzat Ayaz Sosyal Bilimler Liseyin Din Mədəniyyəti və Əxlaq öğretmeni Esra Acar çıxış edərək birlikdə layihə ortaqlığı barədə razılığa gəliblər.

4 ay müddətinə davam edən “My Wonderful Land” (Mənim Möcüzəli Yurdum) layihəsinin qurucusu olan Samux rayon İnstitut qəsəbə orta məktəbinin İngilis dili müəllimi Aidə Elyazova layihənin gedişində Azərbaycan da daxil olmaqla Türkiyə, Almaniya, Makedoniya, Portuqaliya və Rumıniya - ümumilikdə 6 ölkədən olan müəllimlər və şagirdlər birgə əməkdaşlığa başlayıblar. Layihəyə qoşulan şagirdlər digər ölkələrdən olan yoldaşları ilə virtual dostluq yaratmaq imkanı qazanıblar. Onlar layihə ərzində bir çox tapşırıqları yerinə yetirirlər. Bu zaman müxtəlif kompüter proqramları, Web-2 alətləri ilə işləmək texnikasını mənimsədilər. Bütün bu tapşırıqların icrasından əvvəl onlarla online webinarlar və eləcə də pandemiya qaydalarına riayət etməklə əyani görüşlər keçirildi, müvafiq izahlar verildi. Layihə davam etdikcə xüsusi günlərdə və xüsusi tədbirlərdə online görüşlər də keçirilirdi. Xüsusi tədbirlərə 6 ölkənin təqdimatı, milli mətbəxin, milli geyimlərin və milli rəqsələrin tanıdılması, tanınmış insanların təqdimatını misal göstərmək olar. Layihə çərçivəsində Təhlükəsiz internet günü, Daun Sindromu Günü, Dünya Qardaşlıq günü və eTwinning günü kimi xüsusi günləri də qeyd olunub. Layihə davam etdiyi müddət ərzində 4 dəfə - fevral, mart, aprel və may aylarında webinarlar keçirilib və son olaraq may ayının 10-da layihənin möhtəşəm bağlanış tədbiri keçirildi. Layihə boyunca fərdi işlər təqdim olunsa da ümumi ortaq məhsullar da yaradılıb.

Qeyd edək ki, “eTwinning” layihəsinin əsas məqsədi xüsusi platforma vasitəsilə Avropa ölkələrindən olan məktəbləri Azərbaycan məktəbləri ilə birləşdirmək və müştərək təhsil layihələri icra etməkdir.


ETİKET :  

Daha Çox