-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Müstəqillik dövründə Gəncənin rəhbərləri - Kimlər olub?

Müstəqillik dövründə Gəncənin rəhbərləri - Kimlər olub?

16:49:46 | 2020-06-22

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Qədim Gəncə şəhərinə 10 nəfər rəsmi və bir nəfər qeyri-rəsmi şəxs rəhbərlik edib. Onların arasında başqa bölgələrdən olanlar daha çox üstünlük təşkil edib.

1994-2000-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuş Rasim Daşdəmirov, 2000-2003-cü illərdə şəhərə rəhbərlik etmiş Eyvaz Babayev və 2011-2018-ci illərdə şəhərə rəhbərlik etmiş Elmar Vəliyev əslən Qərbi Azərbaycan bölgəsindəndirlər.

Son 28 il ərzində Gəncəyə rəhbərlik edənlərin arasında əslən gəncəli olan şəxslərə də rast gəlinir.

Ötən müddət ərzində Gəncəyə rəhbərlik edənlərin icra başçısı təyin olunma yaşlarını da araşdırdıq.

Müstəqillikdən sonra şəhərə ilk rəhbərlik etmiş Səbuhi Abdinovun (1992-ci il) İcra başçısı təyin olunanda 44 yaşı var idi. Hazırda Gəncəyə rəhbərlik edən Niyazi Bayramov isə 62 yaşında şəhər icra başçısı təyin olunub.

Mürşid Məmmədov 54 yaş, Elxan Qədimov 47 yaş, Hacı Vaqif Vəliyev 53 yaş, Elsevər İbrahimov 44 yaş, Rasim Daşdəmirov 48 yaş, Eyvaz Babayev 53 yaş, Eldar Əzizov 46 yaş, Elmar Vəliyev 51 yaşında Gəncə şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, 1993-cü ilin iyun ayında Gəncənin o vaxtki İcra Hakimiyyəti başçısı olmuş Hacı Vaqif Vəliyevin qətlə yetirilməsindən sonra 1993-cü ilin iyul ayından həmin ilin noyabr ayına qədər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini qeyri-rəsmi olaraq Əli Həsənov adlı şəxs icra edib. Əli Həsənov həmin dövrdə Sürət Hüseynovun yaxın kadrlarından hesab olunurdu.

Müstəqillik dövründə şəhərə rəhbərlik etmiş şəxslər:

Səbuhi Abdinov - (1991 – 04.07.1992)

Mürşid Məmmədov - (04.07.1992 – 21.02.1993)

Elxan Qədimov – (21.02.1993 – 16.06.1993)

(Hacı) Vaqif Vəliyev – (16.06.1993 - 24.06.1993 (10 gün)

Elsevər İbrahimov - (03.11.1993 - 22.11.1994)

Rasim Daşdəmirov – (22.11.1994 - 27.07.2000)

Eyvaz Babayev - (27.07.2000 – 08.04.2003)

Eldar Əzizov – (08.04.2003 – 18.02.2011)

Elmar Vəliyev – (18.02.2011 - 28.08.2018)

Niyazi Bayramov – (28.08.2018 - )

Qeyd edək ki, 1991-ci il Müstəqillikdən sonra Gəncənin Nizami və Kəpəz rayon İcra Hakimiyyətlərinə rəhbərlik etmiş şəxslər isə bunlardır:

Nizami rayon İcra Hakimiyyəti:

Saleh Əhmədov - (1991 - 26.11.1992)

Əlvan Əliyev - (26.11.1992 - 30.11.1993)

Vilayət Məmmədov - (30.11.1993 - 07.09.1995)

Paşa Paşayev - (07.09.1995 - 29.06.2011)

Məharət Mustafayev - (29.06.2011 - 13.10.2014)

Nizami Hacıyev - (13.10.2014 - )

Kəpəz rayon İcra Hakimiyyəti:

Aslan Abbasov - (1991 - 28.10.1992)

Yelmar Hüseynov - (28.10.1992 - 30.11.1993)

Vaqif Verdiyev - (30.11.1993 - 07.09.1995)

Çingiz Muxtarov - (07.09.1995 - 29.06.2011)

Eldəniz Xudiyev - (29.06.2011 - )

GancaPost.info


ETİKET :  

Daha Çox