-- Adversting 9 --
-- Adversting 10 --

Müharibə zamanı Gəncədə 3085 tikiliyə zərər dəyib

Gəncədə müharibə zamanı dağılan evlərin təmir-bərpa və tikinti işləri davam edir.

03:46:08 | 2021-07-09

Vətən müharibəsi dövründə Gəncədə erməni təcavüzü nəticəsində zərər görmüş evlərin təmir-bərpa və tikinti işləri davam edir.

Gəncədə fevral ayından start götürən təmir-bərpa işləri hazırda şəhərin 3 müxtəlif istiqamətlərində aparılır. Əli Nəzmi küçəsində çoxmənzilli bina, Cavadxan (Avtozavod) qəsəbəsində və Aidə İmamquliyeva (Muxtar Hacıyev) küçəsində isə fərdi evlər inşa edilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti ilə Gəncədə 23 dağıdılmış fərdi yaşayış evinin və 1 qeyri-yaşayış obyektinin tikintisi davam edir. 800 tikilinin təmir-bərpası yekunlaşıb. Digərlərində isə işlər davam etdirilir. Şəhərdə ümumilikdə 3085 zərər dəymiş tikili var.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Emənistanın təcavüzü nəticəsində ziyan dəymiş 11 rayon və şəhər ərazisində yenidənqurma və təmir-tikinti işlərini davam etdirir. İndiyədək ümumilikdə 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri, 65 fərdi yaşayış evinin isə tikintisi yekunlaşıb.

Məlumat üçün bildirək ki, 44 günlük Vətən müharibəsində Gəncə şəhəri 5 dəfə balistik raketlərlə hədəfə alınıb. Ölkənin ikinci böyük şəhəri oktyabr ayında raket hücumuna məruz qalıb.


ETİKET :  

Daha Çox