Müharibə başlasa, Azərbaycan bu silahlardan istifadə edəcək - SİYAHI

"Azərbaycan Silahlı Qüvvələrinin inkişaf dövrünü üç mərhələyə bölmək olar: 1991-1993-cü illəri birinci, 1993-2005-ci illəri ikinci, 2005-ci ildən başlayaraq indiyə qədər davam edən müddəti isə üçüncü dövr kimi qiymətləndirmək olar".

GancaPost saytı xəbər verir ki, bunu "Report"a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

O bildirib ki, sadaladığı ilk iki dövrdə ordumuz formalaşma və təşkilatlanma mərhələlərini keçib: "2005-ci ildə başlayaraq təkcə Müdafiə Nazirliyinin timsalında hərbi birləşmələr yeni texnika, silah-sursat və müasir orduların tələbatlarına uyğun təhcizatla təmin olunub. 2013-cü ildən isə bu proses yeni mərhələyə daxil olub və daha da sürətləndirilib. Azərbaycan Ordusu SSRİ zamanından miras qalan zirehli texnika, tank, atıcı silahlar, hərbi hava və hava hücumundan müdafiə sistemləri, raket-artilleriya qurğuları üzrə öz texnika parkını tam yeniləyib. Bundan başqa, müasir döyüş aparılması üçün tələb olunan pilotsuz uçuş aparatları (PUA) parkının yaradılması üzərində aparılan işlər də öz müsbət nəticəsini verib".

"Son illərdə Ordumuzun silah-texnika arsenalına LORA və "Polonez" raket, "Spyder" zenit-raket kompleksləri , "Heron" və "Hermes-450" pilotsuz uçuş aparatları, "Dəmir qübbə" hava hücumundan müdafiə sistemi daxiil edilib. "Dəmir qübbə" müasir radarlar sayəsində 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və "Arrow", "Barak-8" raketi ilə təchiz edilib. Yəni bununla "İsgəndər M" (500 km) və "İsgəndər E" (280 km) raketlərini zərərsizləşdirmək mümkündür. Bundan başqa, Т-90S tankı, PDM-3, ZTR-82A, 152 mm-lik "Msta-S" özüyeriyən artilleriya qurğusu, 220 mm-lik ТОС-1A "Solntsepyok" ağır odsaçan sistemi, XRİZANTEMA-S özüyeriyən tank əleyhinə kompleksi, 120 mm-lik 2 S31 "Vena" özüyeriyən artilleriya qurğusu, OSA-1T zenit raket kompleksi, yüksək mobilliyi ilə seçilən BUK-МB zenit-raket kompleksi, S-300 FAVORİT zenit raket sistemi və digər texnikalarla ordumuzun imkanları gücləndirilib".

Azərbaycan Ordusunun döyüş qabiliyyəti heç kimdə şübhə yaratmamalıdır. İldə onlarla müxtəlif miqyaslı təlimlər keçən ordumuz işğal olunan ərazilərin azad olunması, ölkənin kənar müdaxilələrdən qorunması üçün tam hazırdır. Bunu Ermənistanda da bilirlər. Rusiyanın müxtəlif bəhanələrlə Ermənistanı silahlandırmasına baxmayaraq, döyüş meydanında Azərbaycan Ordusuna qalib gəlmək şansının və imkanının olmadığını ermənilər yaxşı anlayır.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR