-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“500 min əhalisi olan Gəncə futbolsuz qalıb”

Deputat: Azərbaycan futbolu üçün 40 arvad yığışıb ağlamalıdır

03:25:03 | 2019-11-25

“Milli komanda uduzub? Nə danışırsız, elə şey olar? Axı bu şərəf işi idi? Nəsə belə şeylər danışırdılar. Nə deyim, heç nə. Açığı, indiki vəziyyətdə AFFA rəhbərliyinin istefa verməsi ilə heç nə düzəlməyəcək. Deyək ki, onlar getdi, məni gətirib qoydular. Nə olacaq ki?”

GancaPost saytının xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas FutbolPlyus-a açıqlamasında deyib.

“Mənə elə gəlir ki, ölkə futbolunu düzəltmək uzun bir proses olacaq. AFFA hazırda Bakı çempionatı keçirir. Ölkə çempionatı keçirilsəydi, bu vəziyyətə düşməzdik. Azərbaycanda futbol şəhərlərinin hamısı futbolsuz qalıb. Lüksemburqun 40 min əhalisi, 14 komandası var. Ancaq 500 min əhalisi olan GƏNCƏ FUTBOLSUZ qalıb. Milli komandanın da nəticəsi göz qabağındadır. Birinci bu biabırçılığa görə Nikola Yurçeviç getməlidir, ikinci onu bura gətirənlər. Kim gətiribsə, çıxıb cavab versin. Görək bu Yurçeviçi hardan eşələyib tapıblar, hansı zibilxanadan gətiriblər. Bu nə deməkdir? Bu nə futboldu? Futbolda adam udar da, uduzar da. Ancaq bu dərəcədə biabırçılıq olmaz. Biri var idi, 10 xal yığmışdı. Yazıq getdi burdan. Qurban Qurbanova heç 6 ay vaxt vermədilər. Futbol təsərrüfatımız o qədər pis gündədir ki, bunun üçün 40 arvad yığışıb ağlamalıdır. Təbii ki, bütün bunlara görə federasiya rəhbərliyi məsuliyyət daşıyır. “Xəzər Lənkəran” kimi komanda dağıldı. İndi də “Qəbələ” dağılmağın astanasındadır. Təbii ki, hamısında günahkar AFFA-dır” - deputat qeyd edib.


ETİKET :  

Daha Çox