-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Milli Məclisin yaşlı üzvləri kimlərdir? - SİYAHI

Hazırda Milli Məclisdə 65-69 yaşlı deputatların sayı 16-dır.

14:41:54 | 2019-10-25

2020-ci ilin noyabrında Azərbaycanda növbəti - VI çağırış Milli Məclisə seçkilər keçiriləcək.

Qanun çərçivəsində hər bir vətəndaşın deputatlığa namizədliyini vermək hüququ var, bununla bağlı yaş senzi yoxdur.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisinin deputatı seçilə bilər.

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputat seçilə bilməzlər.

Bu şərtlər çərçivəsində hamı deputatlığa iddia edə bilər. Amma...

Hazırda Milli Məclisdə 65-69 yaşlı deputatların sayı 16-dır. Onların siyahısını təqdim edirik.

Rasim Musabəyov (68 yaşı var, bitərəf),

Eldar Quliyev (YAP, 68 yaşı var),

Şəmsəddin Hacıyev (YAP, 69 yaşı var),

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə (69 yaş),

Mirkazım Kazımov (YAP, 69 yaşı),

Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli (68 yaş),

Elmira Axundova (bitərəf, 66 yaşı),

Cavanşir Paşazadə (YAP, 66 yaşı),

Tahir Rzayev (YAP, 69 yaşı),

Aqil Abbas (bitərəf, 66 yaş),

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev (65 yaş),

Əli Məsimli (bitərəf, 66 yaş),

Aqiyə Naxçıvanlı (YAP, 69 yaş),

Bəxtiyar Sadıqov (YAP, 68 yaş),

Elman Məmmədov (YAP, 69 yaş),

Gövhər Baxşəliyeva (bitərəf, 65 yaş),

Eyni zamanda Parlamentdə yaşı 70-80 yaş arasında olan deputatların sayı 20 nəfərdir.

YAP üzvü İsa Həbibbəylinin 70 yaşı var. Onunla eyni partiyada təmsil olunan Eldar İbrahimovun 74, bitərəf Madər Musayevin 72, YAP üzvü Mixail Zabelinin 73, bitərəf Ziyad Səmədzadənin 79, YAP üzvü Hüseynbala Mirələmovun 74, bitərəf Vahid Əhmədovun 72, YAP üzvü Yevda Abramovun 71, YAP üzvü Tahir Süleymanovun 71, bitərəf Əliağa Hüseynovun 72, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 72, YAP üzvü Arif Rəhimzadənin 78, YAP üzvü Əhliman Əmiraslanovun 72, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının 77, YAP üzvü Hadi Rəcəblinin 72, bitərəf Elxan Süleymanovun 79, bitərəf millət vəkili Mahir Aslanovun 70, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun 73, YAP üzvü Rafiq Məmmədhəsənovun 74, bitərəf deputat Flora Qasımovanın 72 yaşı var.

Siyahı bununla bitmir. Milli Məclisdə yaşı 80-i keçən deputatlar da var. Onların sayı dörddür.

Parlamentin ən yaşlı üzvləri bitərəf Zeynəb Xanlarova (83 yaş), YAP-çı Ağacan Abıyev (82 yaş) bitərəf Fəttah Heydərov (81 yaş) və YAP-çı Yaqub Mahmudovdur (80 yaş).


ETİKET :  

Daha Çox