-- Adversting 9 --
-- Adversting 10 --

“Milli Məclis Şuşaya deyil, Gəncəyə köçürülsün”

“Milli Məclis Şuşaya deyil, Gəncəyə köçürülsün”

20:57:22 | 2020-12-30

“Azərbaycan Milli Məclisinin Şuşaya deyil, Gəncəyə köçürülməsini istərdim. Çünki ölkənin ikinci böyük şəhəridir. Amma Şuşaya gəldikdə, düşünürəm ki, şəhərin bərpası və bu yöndə quruculuq işləri illərlə davam edəcək”.

GancaPost.info xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə Milli Məclisin Şuşaya köçürülməsi, iclaslarını bu şəhərdə keçirməsi təklifinə münasibət bildirərkən deputat Aqil Abbas sfera.az-a deyib:

Deputat parlamentin iclaslardan birinin Şuşada keçirilməsinə də ehtiyac görmür: “Bunda məqsəd nədir, bunu başa düşmürəm. Yollar təmizlənəndən sonra deputatlar Şuşaya gedə bilərlər, yəqin ki, gedəcəklər də. Gedib orada konfrans da keçirə bilərlər. Amma bəzi iclasların Şuşada keçirilməsinə zərurət görmürəm”.

Deputat Fəzail Ağamalı təklifi dəstəklədiyini bildirdi: “Hər halda normal təklifdir. Əksəriyyət tərəfindən belə bir qərar qəbul olunarsa, böyük məmuniyyətlə ona dəstək verərdim. Fazil Mustafa təklif etmişdi ki, azad edilmiş ərazilərimizin bərpası işlərilə birbaşa məşğul olan bir sıra nazirliklər Gəncəyə köçürülsün. Bu da normal təklifdir. Parlamentin Şuşaya köçürülməsindənsə, Milli Məclisin plenar iclaslarının vaxtaşırı orada keçirilməsi daha realdır”.

 


ETİKET :  

Daha Çox