-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Milli Məclis Gəncəyə köçürülsün - TƏKLİF

"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar..."

22:19:39 | 2019-12-07

"Bakının küçələri dar və həddindən artıq yükləndiyindən paytaxtın gələcəkdə köçürülməsi qaçılmazdır".

GancaPost saytı xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında Şamaxının Baş Planının təsdiqlənməsi və böyük tikinti işlərinə başlanması, paytaxtın gələcəkdə Şamaxıya köçürülməsi barədə danışarkən deyib.

"Bakının küçələri dar və həddindən artıq yükləndiyindən paytaxtın gələcəkdə köçürülməsi qaçılmazdır. Şamaxı Prezidentin də qeyd etdiyi kimi Şirvanşahların paytaxtı olub. Seysmik zona olduğu üşün orada 5 mərtəbəli 9 bal gücündə zəlzələyə davamlı evlər və inzibati binalar tikmək, Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Konstitusiya Məhkəməsini, Ali məhkəməni ora, Milli Məclisi isə Gəncəyə köçürmək daha məqsədəuyğun olardı. Bu həm Bakını ekoloji fəlakətdən qurtarar, həm də regionların iqtisadi inkişafına böyük töhfə verərdi".


ETİKET :  

Daha Çox