-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Mikayıl Cabbarov 4 qurumun rəhbəri oldu

İqtisadiyyat nazirliyi yeni “super” nazirliyə çevrildi.

15:26:55 | 2019-10-23

Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.

Bundan başqa İlham Əliyev fərman verərək, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edib.

Oktyabrın 22-də İlham Əliyev Şahin Mustafayevi İqtisadiyyat naziri vəzifəsindən azad edərək, Baş nazirin müavini təyin edib.

Mikayıl Cabbarov Vergilər Nazirliyinə 2017-ci ilin dekabrında təyin edilmişdi. O, bu vəzifədə Fazil Məmmədovu əvəz etmişdi.

Mikayıl Cabbarov 19 aprel 2013-cü ildən 5 dekabr 2017-ci ilə qədər Təhsil naziri olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni strukturunu da təsdiqləyib.

Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu bu şəkildə müəyyənləşib:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri.

6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.


ETİKET :  

Daha Çox