“Gəncə ilə bağlı bütün məsələlər diqqət mərkəzimdədir”

"Yenidən Gəncədə olmağımdan çox şadam. Son dəfə beş il bundan əvvəl Gəncədə olmuşam. Gəncə qədim mədəniyyət mərkəzidir. Bütün dövrlərdə Gəncə incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanınıb. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm".

GencePost.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncəyə səfəri zamanı Gəncənin "Xan bağı" mədəniyyət və istirahət parkında sakinlərlə görüşündə bildirib.

Mehriban Əliyeva qeyd edib ki, İlham Əliyev prezidentlik dövründə 15 dəfə Gəncədə olub, daim Gəncəyə diqqət göstərir: "Gəncə bizim qədim şəhərdir, gözəl şəhərdir, böyük tarixə malik şəhərdir. Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma, eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır. Xan bağı da qədim abidədir. Əlbəttə, tarixiliyi, qədim simanı qoruyub saxlamaq, eyni zamanda, müasirləşmək Gəncəni nadir bir şəhərə çevirib. Burada təkrarolunmaz ab-hava var, əlbəttə, əsas gəncəlilərdir. Mən hər zaman sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirəm, çox sağ olun, burada olmağıma çox şadam. Mən bir neçə məktəbə baxdım, uşaq bağçalarında, uşaq evində oldum. Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır".

Mehriban Əliyeva sakinlərə Prezidentin salamlarını çatdırdı: "Mənə dedi ki, gəncəlilərdən soruşun, onları narahat edən hansı məsələlər var, ardıcıl olaraq hamısı həllini tapacaq.

Məktəblərlə bağlı məsələlərlə sıx məşğul oluram. Siz bilirsiniz ki, son 15 ildə ölkə üzrə 3 mindən çox məktəb tikilib və ya bərpa olunub. Ölkəmizdə bir dənə də təmirsiz məktəb qalmamalıdır. Ona görə bu sahədə ardıcıl olaraq bütün tədbirlər görülür, həm dövlət proqramı çərçivəsində, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə. Mənə məlumat verdilər ki, uşaq bağçaları ilə bağlı problem var, beşi qəzalı vəziyyətdədir. Dərhal məşğul olacağıq ki, onların da maddi-texniki bazasını yenidən quraq. Bilirəm ki, Gəncə şəhərində infrastrukturla bağlı çox işlər görülür, qazlaşdırma, enerji ilə təminat 100 faizdir".

Mehriban Əliyeva yenidən Gəncədə olduğu üçün özünü xoşbəxt hesab etdiyini qeyd edib: "Gəncə xüsusi şəhərdir. Gəncənin mehriban insanları, gözəl memarlığı, qədim tarixi, təkrarolunmaz ab-havası var. Əlbəttə, mən məktəblərə də getdim, uşaq evlərində, muzeydə, "İmamzadə" Kompleksində oldum. Amma buraya gələndə mənim əsas məqsədim o idi ki, gəncəlilərlə görüşüm. Doğrudan da mən sizin bu dəstəyinizi, sevginizi hər zaman qəlbimdə hiss edirəm. İnanın ki, eyni hissləri mən də yaşayıram. Dediyim kimi, cənab Prezident 15 dəfə Gəncədə olub və İnşallah, yenə də olacaq. Ona görə burada həyata keçirilən bu abadlaşma, bu inkişaf hər zaman bizim diqqətimizdədir, hər zaman bizi sevindirir. Amma, eyni zamanda, yenə də deyirəm ki, hələ də öz həllini tapmayan problemlər də var. Biz onları bilməliyik, biz onların həlli üçün ardıcıl tədbirlər həyata keçirməliyik. Çünki əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var. Mən sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Çox şadam hər birinizi görməyə. Çox sağ olun. Çalışacağam Gəncəyə tez-tez gəlim. Əmin olun ki, Gəncə ilə bağlı bütün məsələlər, problemlər mənim diqqət mərkəzimdədir. Siz hər zaman əmin ola bilərsiniz ki, hər bir məsələ, sizi narahat edən hər bir sualla bağlı biz əlaqədə ola bilərik və mən əlimdən gələni etməyə hazıram.

Mənə göstərdiyiniz belə səmimi, belə isti qonaqpərvərliyə görə bir daha sizə minnətdarlığımı bildirirəm".

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR