-- Adversting 9 --
-- Adversting 10 --

Mehman Allahverdiyev “Kəpəz”ə sponsor tapıb - Amma ki,...

Mehman Allahverdiyev “Kəpəz”ə sponsor tapıb - Amma ki,...

11:07:46 | 2021-02-11

"Kəpəz”in sabiq futbolçusu, baş məşqçisi və prezidenti olan Mehman Allahverdiyev maraqlı iddia ilə çıxış edib.
GancaPost.info xəbər verir ki, tanınmış mütəxəssis "Kəpəz"ə sponsor tapdığını bildirib. Bu barədə açıqlamanı o, ApaSport portalının əməkdaşıyla söhbətində deyib.
61 yaşlı mütəxəssis bildirib ki, yenidən "Kəpəz”ə prezidentlik etmək istəyir və artıq sponsorlar tapıb: "Neçə ildir eşidirik ki, premyer-liqada komanda sayı 10-a yüksələcək, "Kəpəz” elitaya qayıdacaq. Amma təəssüf ki, bununla bağlı heç bir addım atılmayıb. Deyirdilər ki, sponsorlar olsa, komanda sayı artırılacaq. Ötən il bunun reallaşmamasında pandemiyanın da təsiri oldu. Allah qismət eləsə, mən də "Kəpəz”ə qayıtmağı gözləyirəm. Ancaq AFFA-dan bununla bağlı əlaqə saxlayan yoxdur. Komanda üçün az iş görməmişəm. Bunun fonunda olan haqsız münasibət adama ağır gəlir. Yenidən prezident kimi "Kəpəz”ə rəhbərlik etmək istəyirəm. Gəncədə iş adamları var. Onlarla da danışığım olub. Dedilər ki, komandaya sən rəhbərlik etsən, kömək göstərəcəyik. Yəni demək olar ki, premyer- liqada iştirak üçün sponsorlar tapmışam”.


ETİKET :  

Daha Çox