Mediasiya prosesi nədir?

Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs mediator adlanır.

Mediatora dair tələblər aşağıdakılardır:

* yaşı 25-dən aşağı olmayan;

* ali təhsilli;

* 3 il stajı olmalı;

* mediatorların hazırlıq proqramı üzrə təlim keçdiyini təsdiqləyən sertifikata malik;

* peşəkar mediatorların reyestrinədaxil edilmiş şəxslər.

Mediasiyanın keçirilməsinin şərtləri:

* Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə və onlar arasında mediasiya haqqında müqavilə
bağlandığı zaman keçirilir;

* Mülki, əmək və ailə münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi zamanı
mediasiya həm məhkəməyə müraciət edilənə qədər, həm də məhkəmə araşdırması başlandıqdan sonra tətbiq edilə bilər;

* Tərəflər razılaşdıqda mediasiya məhkəmənin təşəbbüsü ilə də tətbiq oluna bilər;

* Məhkəmələr hansı formada tərəfləri mediasiyaya məcbur edə bilməz;

* Mediasiya prosesi tərəflər arasında mediasiya haqqında müqavilə bağlandığı gündən
başlayır;

* Tərəflərdən biri mediasiyaya müraciət barədə yazılı formada təklif göndərdiyi vaxtdan 10
təqvim günü ərzində digər tərəfin mediasiyanın tətbiqinə razılığını almadıqda belə təklif rəddedilmiş sayılır;

* Tərəflər mediasiyanın keçirilməsi üçün qarşılıqlı razılıq əsasında bir və ya bir neçə
mediatoru seçirlər;

* Mediasiyanın keçirilməsinin ümumi müddəti 60 təqvim günündən çox olmamalıdır;

Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq bu müddət tərəflərin razılığı ilə 30 təqvim gününədək uzadıla bilər. Mediasiyanın keçirilməsinin konkret müddəti isə ümumi müddət nəzərə alınmaqla mediasiya haqqında müqavilə ilə müəyyən olunur.

Mediasiya haqqında qanunun 3-cü maddəsinə görə mediasiya qaydasında qarşılıqlı razılıqla mülki işlər və iqtisadi mübahisələr, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək mübahisələri, inzibati hüquq münasibətləri, cinayət və inzibati xətalar üzrə işlərdən irəli gələn mübahisələr həll oluna bilər.
Ailə mübahisələri, iqtisadi mübahisələr və əmək mübahisələrlə bağlı mediasiya proseduru zəruridir. Belə ki, bu mübahisələrlə bağlı tərəflər məhkəməyə müraciət etməmişdən öncə mediasiya prosesindən keçməlidir. Bu prosesin nəticəsində tərəflər razılığa gələrsə, barışıq sazişi imzalanır, razılıq olmazsa arayış verilir. Həmin arayışla məhkəməyə müraciət etmək olar.

Həmçinin, tərəflər öz istəkləri ilə cinayət və inzibati xətalar üzrə işlərdən irəli gələn mübahisələrdə mediasiyaya müraciət edə biləcəklər.

Benefisiar.org

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR