Əlilliyə görə pensiya alanların sayında azalma var

2021-ci il yanvarın 1-də açıqlanan Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 373,8 min nəfər əlilliyi olan və buna görə pensiya alan vətəndaş olub. Komitənin iyulun 1-dək dövrü əhatə edən statistikasında isə bu say 358,2 min nəfərdir. Yəni 15 min 600 nəfər azalıb.

İqtisadçı Nemət Əliyev statistikaya əsaslanaraq MeydanTV-yə deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində obyektivlikdən əsər-əlamət qalmayıb. İqtisadçı bildirir ki, 6 ay ərzində 15 min 600 nəfər azalma həqiqətə uyğun görünmür:

"Bu, necə ola bilər? Hətta saxta əlillik sənədləri əsasında pensiya verilməsinin durdurulması belə bu qədər fərqə səbəb ola bilməzdi. Çünki Azərbaycan ötən il 44 günlük müharibə yaşayıb. Müharibədə ayağını, qolunu, gözünü, bədəninin hansısa hissəsini itirənlər olub. Bütün bunları nəzərə alanda, say bu qədər azalmalı deyildi".

İqtisadçı əlavə edir ki, müharibədən sonrakı durum əlilliyə görə pensiya alanların sayında artan dinamika yaratmalıydı. Lakin əlilliyi olan pensiyaçıların sayı nəinki artmayıb, əksinə, daha 4 faiz azalıb:

"Üstəlik, əlilliyə görə pensiyaların təyinatında əsassız yerə süründürməçilik halları çoxalıb. Bu nazirliyin idarəçilik sistemində obyektivlik və çeviklik kimi çox vacib prinsipial məsələlər arxa plana ötürülüb. Qanunsuzluq, özbaşınalıq da öz yerində".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il açıqlama verib ki, ötən ilin sonlarından bəri 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. Nazirliyin məlumatında qeyd edilir ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin "saxta əlillik" arayışı düzəltdiyi üzə çıxıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxsinsə ya reabilitasiya olduğu, ya da xəstəlik durumlarının əlillik qrupu təyinatına əsas sayılmadığı qənaətinə gəlinib. Bu o deməkdir ki, ötən il hər 100 əlildən təxminən üçünün əlillik dərəcəsi ləğv edilib. Nazirliyin açıqlamasında bu da qeyd olunub ki, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.

Bu qərar əvvəllər pensiya alanlar arasında narazılığa səbəb olub. Pensiyası kəsilənlər bir neçə dəfə aidiyyatı qurumların binaları önündə aksiyalar da keçirib.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR